XƏBƏRLƏR
21:16, 19.12.2022
Genetik Ehtiyatlar İnstitutunda Beynəlxalq seminar başlandı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ), AgroDev MMC və İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən “Kənd Təsərrüfatı Bioşoranlaşması üzrə Beynəlxalq Mərkəz”in (ICBA) təşkilatçılığı ilə GEİ-də “ Azərbaycanda şoranlaşmış ərazilərin xəritələşdirilməsi, kənd təsərrüfatı bitkilərinin davamlılığının qiymətləndiirlməsi və istifadəsi” mövzusunda 5 günlük seminarın ilk günü 2022-ci il, 19 dekabr tarixində işgüzar şəraitdə keçmişdir. ICBA-nın “Baş Əməliyyatlar və İnkişaf”, “Su ehtiyatları və Suvarma İdarəsi” və “Bitkilərin Diversifikasiyası və Genetikası üzrə Proqram”ın məsul şəxslərinin mühazirələrinin dinlənilməsi gözlənilən Seminarda, həm də GEİ və AqroDev şirkətinin mütəxəssisləri ilə yanaşı, Kənd təsərrüfatı nazirliyinin müvafiq elmi tədqiqat müəssisələrinin alim və mütəxəsisləri də iştirak edirlər. GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal Əkpərov ilk öncə qonaqları qəbul edərək, çox aktual bir mövzuya həsr olunmuş seminarın institutda keçirilməsi ilə bağlı və təşkilatçılığa görə ICBA-nın rəhbərliyinə, nümayəndə heyətinə öz səmimi minnətdarlığını bildirmişdir.Seminarın ilk günündə prof. Zeynal Əkpərov, ICBA-nın Su və Suvarma idarəçiliyi üzrə slahiyyətli məsul şəxsi, böyük elmi işçi Dr. Əsəd Sərvər Qureşi və AgroDev MMC-nin direktoru cənab Elvin Nəbiyev seminar iştirakçılarını salamladıqdan sonra, həm də Dr. Əsəd Sərvər Qureşinin ICBA ilə bağlı təqdimatı dinlənilmişdir. Məruzə ətrafında iştirakçıların müəyyən sualları Dr. Əsəd Sərvər Qureşi tərəfindən cavablandırılmış və seminarın növbəti günlərində də tədbirin işgüzar şəraitdə keçirilməsi davamlılığının saxlanılması tövsiyə olunmuşdur. Seminar davam edir.

 

FOTO>>>

 

© www.genres.az