Şöbə müdiri: b.ü.f.d., dosent - SABİR RAMAZAN oğlu HƏSƏNOV
E-mail: sabir_hasanov@rambler.ru
Telefon: +99450 5089469
Həsənov Sabir Ramazan oğlu 1957-ci ildə Nax. MR-in Ordubad rayonunun Kotam kəndində anadan olmuşdur. Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedeqoji İnstitutunu biologiya əlavə kimya ixtisası üzrə bitirmiş (1981), orta məktəbdə müəllim (1981-1984), Kənd Təsərrüfatı Nazirliyinin Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Ordubad Dayaq Məntəqəsində kiçik elmi işçi (1985-1986) vəzifələrində işləmiş, Azərbaycan SSR Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun əyani aspiranturasında təhsil almışdır (1986-1988).
S.R. Həsənov Azərbaycan SSR Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun Kənd Təsərrüfatı Bitkilərinin Sitogenetikası laboratoriyasında kiçik elmi işçi (1988-1993), elmi işçi (1993-1994), böyük elmi işçi (1994-1995), laboratoriya müdiri əvəzi (1995-2003) vəzifələrində işləmişdir. 2003-cü ildə institutda aparılmış struktur dəyişməsi ilə əlaqədar olaraq Tərəvəz və Bostan bitkiləri şöbəsinin müdiri vəzifəsində çalışır. Elmi fəaliyyətlə yanaşı ali və orta təhsil müəsisələrində pedeqoji fəaliyyətlə də məşqul olmuşdur. 2015-ci ildə genetika ixtisası üzrə dosent elmi adı almışdır, iki biologiya üzrə fəlsəfə doktoru dissertasiyasının elmi məsləhətçisidir, cinslərarası buğda-egilops hibridlərinin və tərəvəz – bostan bitkilərinin tədqiqinə aid 99 elmi əsərin müəllifidir.
S.R.Həsənov respublika ərazisində becərilən tərəvəz və bostan bitkilərin sortlarının, sort-formalarının və hibridlərinin toplanılması, yeni perspektivli hibridlərin və sortların yaradılması sahəsində aparılan elmi-tədqiqat işlərinə rəhbərlik edir, iki yeni yaradılmış sortun ( acı bibərin “Odlu”, yemişin “Nazlı” ) müəllifidir. AMEA Genetik Ehtiyatlar İnstitutunun tərəvəz və bostan bitkiləri kolleksiyasının zənginləşdirilməsi və öyrənilməsi sahəsində tədqiqatlar aparır. Respublikada yayılmış yabanı və mədəni soğan növlərinin tədqiqinə dair doktorluq dissertasiyasını yekunlaşdırmaq üzrədir.
Son beş ildə laboratoriya tərəfindən pomidorun 3 yerli seleksiya sortu, 16 introduksiya sortu və 12 yerli sort-formasının toxumları artırılmış, onların içindən 2 daha perspektiv nümunə seçilmişdir.
Bibərin 4 yerli seleksiya sortu, 14 introduksiya sortu və 6 yerli sort-formasının toxumları artırılmış, 4 perspektiv sort-forma seçilmişdir.
Badımcanın 4 yerli sort-forması və 8 introduksiya sortunun toxumları artırılaraq kolleksiyaya daxil edilmişdir.
Yabanı soğanların 12 növünün əkin materialı (soğanaqları), baş soğanın 4 yerli sortunun toxumları toplanmış, 2 sort və 4 yabanı növ sitogenetik analiz edilmişdir.
Səbzə-tərəvəzlərin (bir illik) yerli populyasiyalarının toxumları toplanılaraq kolleksiyaya daxil edilmişdir.
Bostan bitkilərinin vaxtilə Respublikada becərilən yerli və intoduksiya sortlarının və hibridlərinin toxumları əldə edilmiş, artırılaraq uzunmüddətli saxlanmaq üçün təhvil verilmişdir. (Qarpız 4, Qabaq 3, Yemiş 18).
Böyük elmi işçi - b.ü.f.d., dos. Namazova Çimnaz Tofiq qızı
E-mail:
Telefon:
Böyük elmi işçi - a.ü.f.d., dos. Mirzəyev Mirzağa Şarif oğlu
E-mail: huseynzadeg@yahoo.com
Telefon:
Elmi işçi - Hüseynzadə Gülarə Əzizağa qızı
E-mail: huseynzadeg@yahoo.com
Telefon:
Elmi işçi - Şəhmorad Moğanlı Babək Hüseyn oğlu
E-mail: babak.shahmorad@gmail.com
Telefon:
Kiçik elmi işçi - İsgəndərova Afət Əliabbas qızı
E-mail:
Telefon:
Böyük laborant - İsmayılova Salatin Namaz qızı
E-mail:
Telefon:
Böyük laborant - Alıyeva Elmira Fikrət qızı
E-mail:
Telefon:
Laborant - İmaməliyeva Rəqiyyə İbrahim qızı
E-mail:
Telefon: