Struktur bölmənin rəhbəri:
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
- mədəni və yabanı bitki növ və populyasiyalarında baş verən genetik dəyişkənliklərin sitogenetik mexanizminin tədqiqi;
- di-, tetra- və heksaploid buğda və egilops növlərinin toplanması və onların gen kolleksiyasının yaradılması və öyrənilməsi;
- buğdanın təkamülünün tədqiqi ilə yanaşı yüksək formaəmələgəlmə potensialına malik hibridlərin yaradılması üçün yeni genetik mənbələrin təyini;
- mikrotəkamül prosesində növlər arasındakı introqressiyaların molekulyar sitogenetik metodlarla aşkar edilməsi.
- Yaradılmış növ- və cinsarası hibrid xətlərdə molekulyar sitogenetik metodlardan (FISH və GISH) istifadə etməklə xromosomların identifləşdirilməsi, yadcinsli xromosom əvəzolunmalarının və translokasiyalarının, eləcə də aberrasiyalarının aşkar edilməsi.
Struktur bölmənin əsas elmi nəticələri:
- İndiyədək məlum olmayan yeni tipli şaxəlilik əlamətinə malik şaxəli buğda xətləri yaradılmış və həmin əlamətin bir resessiv genlə idarə olunduğu aşkar edilmişdir.
- Yeni tipli şaxəlilik əlamətinin mənbəyinin stabil 171ACS (üçcinsli natamam amfidiploid × T. aestivum cv. Chinese Spring) xətti olduğu müəyyən edilmişdir.
- Üçcinsli natamam amfidiploid [(T. durum × Ae. squarrosa) × S. segetale] ilə yumşaq buğdanın Chinese Spring sortu arasındakı hibrid populyasiyalar içərisindən karlik və qısaboylu formalar seçilmiş və onların əsasında stabil xətlərdən ibarət kolleksiya yaradılmışdır.
- Ae. speltoides –in İran ekotipinin Ph geninin zəif supressoru olduğu müəyyən edilmiş, onun tetra- və heksaploid buğdalarla kombinasiyalaşma və yüksək dərəcədə konyuqasiyalaşma qabiliyyətinə malik olduğu sübuta yetirilmiş və beləliklə də onun, təkcə T. timopheevii Zhuk. sırası buğdaları üçün deyil, qalan buğda növlərinin də ikinci genomunun donoru olduğu haqda mülahizə söylənilmişdir.
- T. araraticum Jakubz. növünün (İran ekotipi) T. boeoticum Boiss., Ae. speltoides Tausch., Ae. aucherii Boiss.və Ae. tauschii Coss. ilə eyni senozda yayılmasına əsaslanaraq, onun T. boeoticum Boiss. və Ae. speltoides Tausch. növlərinin spontan hibridləşməsi və alınan hibriddə xromosom sayının ikiqat artması yolu ilə əmələ gəldiyinə, eləcə də onun İran mənşəli olduğuna dair fikir söylənilmişdir.
- Buğda hibridlərində meyoz prosesinə nəzarət mexanizminin hər bir növ üçün avtonom olduğu təcrübi olaraq göstərilmişdir.
Aparıcı elmi işçi - b.ü.f.d. Mehdiyeva Səbinə Pərvin qızı
E-mail: mora271976@gmail.com
Telefon:
Elmi işçi - Namazova Ləman Hüseyn qızı
E-mail: leman.namazova.92@mail.ru
Telefon:
Kiçik elmi işçi - Rəhimov Rəhim Qəzənfər oğlu
E-mail:
Telefon:
Kiçik elmi işçi - Mustafayeva Samirə Eyvaz qızı
E-mail: leman.namazova.92@mail.ru
Telefon:
Böyük laborant - Mollakişiyeva Qəmər Zabit qızı
E-mail:
Telefon:
Böyük laborant - Cumayeva Ruqiyyət Tərəddin qızı
E-mail:
Telefon:
Böyük laborant - Abdulhəmidova Turan Mustafa qızı
E-mail:
Telefon:
Laborant - Nəsirova Elnarə Abbasəli qızı
E-mail:
Telefon: