BEYNƏLXALQ ƏLAQƏLƏR

1970-2012-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun (2003-cü ilə kimi Genetika və Seleksiya İnstitutu) xarici əlaqələri

 

1970-80-ci illərdə İnstitutun xarici əlaqələri əsasən keçmiş Sovetlər Birliyi və Qarşılıqlı İqtisadi Yardım Şurası çərçivəsində inkişaf edirdi. Hər il institutun əməkdaşları SSRİ-nin müxtəlif bölgələrində, xüsusən, Moskva, Kiyev, Minsk, Kşinyov, Novosibirsk, Puşşino, eləcə də Praqa, Varşava, Sofiyavə s. kimi şəhərlərdə keçirilən konfrans və simpoziumlarda, xalq təsərrüfatı sərgilərində iştirak edir, yaxın xaricdə yerləşən bu və ya digər elmi müəssisələrlə birgə tədqiqatlar aparırdılar. Azərbaycanda toplanmış və ya yaradılmış bitki genetik müxtəlifliyi N.Vavilov adına Ümumittifaq Bitkiçilik İnstitutunda saxlanılır və birgə tədqiq olunurdu. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın elmi-tədqiqat institutları, o cümlədən Genetika və Seleksiya İnstitutu üçün alim kadrların hazırlanmasında sosializm birliyi ölkələrinin, xüsusən də SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinin imkanları geniş şəkildə istifadə olunurdu. Digər ölkələrlə əlaqələr Moskvanın nəzarət altında idi və məhdud xarakter daşıyırdı.

Müstəqillik illərində institutun beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf etsə də, 2003-cü ilə kimi bu yüksəliş institutun kollektivinin az bir hissəsini əhatə edirdi. 1991-2002-ci illərdə UNESCO və NATO-nun layihələrində bir neçə əməkdaşın iştirakını qeyd etmək olar. Bu dövrdə institutda beynəlxalq əlaqələrin təşkili və aparılması ilə məşğul olan xüsusi bir qurum yox idi. Xarici dil bilən alim və mütəxəssislər mütləq azlıq təşkil edirdi, beynəlxalq əlaqələrin təşkili AMEA-nın strukturları vasitəsi ilə reallaşdırılırdı. 2003-cü ildə keçmiş Genetika və Seleksiya İnstitutunun bazasında Genetik Ehtiyatlar İnstitutu yaradıldıqdan sonra vəziyyət köklü şəkildə dəyişdi. Burada Beynəlxalq Əlaqələr, Koordinasiya və İnformasiya şöbəsi yaradıldı, beynəlxalq və regional təşkilatlar, xarici ölkələrin tanınmış elm mərkəzləri ilə əlaqələr quruldu və mövcud əlaqələr ciddi inkişaf etdirildi. İnstitut bitki və heyvan genetik ehtiyatları üzrə beynəlxalq şəbəkə və proqramlarda fəal şəkildə iştirak etməyə başladı.

Kənd Təsərrüfatı Heyvanları üzrə I Ölkə Hesabatı (2004) və daha sonra illik hesabatlar hazırlanaraq FAO-ya təqdim edildi. Kənd təsərrüfatı heyvanlarının Milli Kataloqunun, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yerli qoyun cinslərinin genefondu üzrə İCARDA tərəfindən çap edilmiş kitabın, FAO-nun heyvan genetik ehtiyatları üzrə internet portalının Azərbaycan üzrə materiallarının hazırlanmasına institutun alim və mütəxəssisləri geniş şəkildə cəlb edildilər.

İnstitutda Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiya ilə birgə Azərbaycanda biomüxtəlifliyin vəziyyəti, idarə olunması və perspektivlərinə dair I Milli Məruzə (2005),FAO ilə birgə Ərzaq və Kənd əsərrafatı Bitkilərinin Genetik Ehtiyatları ilə bağlıII Ölkə Hesabatı (2006) hazırlanmış, Beynəlxalq Konvensiya, FAO və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək digər ölkələr üçün nümunə göstərilmiş və rəsmi portallarda yerləşdirilmişdir. Ölkədə BGE üzrə fəaliyyətlərin koordinasiyasında mühüm rol oynayan Milli İnformasiya Mübadiləsi Mexanizmi (2006) FAO ilə əməkdaşlıq şəraitində qurulmuş, Bitki Genetik Müxtəlifliyi üzrə İnformasiya Sistemi,məlumat bazaları, internet portalları, digər informasiya resursları yaradılaraq qlobal sistemlərə inteqrasiyası həyata keçirilmişdir.Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı (2006) hazırlanaraq AR Prezidentinin sərəncamı ilə qəbul edilməsində beynəlxalq əməkdaşlığın mühüm rolu olmuşdur. Cənubi Qafqaz və Mərkəzi Asiya Regionunda BGE üzrə Regional Strategiya (2007) və Məlumat Bazasının (2007) hazırlanmasında institutun alim və mütəxəssisləri bilavasitə iştirak etmişlər.

İnstitut tanınmış beynəlxalq, regional və milli təşkilatlar (FAO – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ECPGR – BGE üzrə Avropa Əməkdaşlıq Proqramı, Beynəlxalq Biomüxtəliflik İnstitutu, ICARDA – Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, USDA – ABŞ Dövlət Kənd Təsərrüfatı Departamenti, CİMMYT – Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz, VİR – N.Vavilov adına Ümum-Rusiya Bitkiçilik İnstitutu, Beynəlxalq Tərəvəzçilik İnstitutu, BGE üzrə Beynəlxalq Etimad Fondu və s.), xarici ölkələrin (ABŞ, Rusiya, Türkiyə, Avstraliya, İran, İtaliya, Suriya, Mərkəzi Asiya respublikaları, Yaponiya, Almaniya, Hindistan, Böyük Britaniya, Fransa, Meksika, C.Koreya, Baltikyanı ölkələrvə s.) elmi müəssisələri, universitetləri və genbankları ilə sıx əməkdaşlıq əlaqələri quraraq birgə elmi fəaliyyətlər həyata keçirir, beynəlxalq şəbəkə və proqramların işində, eləcə də ölkənin BGE sahəsində fəaliyyət göstərən elmi müəssisələrinin müvafiq fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Milli Genbankındənli taxıl və paxlalı bitkilər kolleksiyaları FAO və Qlobal Etimad fondu tərəfindən dünya miqyasında prioritet kolleksiyalar kimi seçilərək fondun dəstəyi ilə bərpa fəaliyyətlərinə cəlb edilmişdir.Bu layihə çərçivəsində 2008-2012-ci illərdə dənli taxıl və paxlalı bitkilərin milli kolleksiyaları bərpa edilmişdir. 2008-2010-cu illərdə bərpa edilərək öyrənilmiş kolleksiya nümunələri etibarlı mühafizə məqsədi ilə Norveç Krallığının Şpisbergen adasında daimi buzlaqda yaradılmış Qlobal Genbanka (Svalbard Global Seed Vault) və digər beynəlxalq genbanklara (məsələn, İCARDA, CİMMYT, CİAT və s.) göndərilmişdir.

Azərbaycanda meyvə və paxlalı bitkilərin virus xəstəliklərinin öyrənilməsi üzrə beynəlxalq elmi tədqiqat fəaliyyətləri İNRA (Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi), İCARDA və GEİ alimlərinin iştirakı ilə davam edir. Bu sahədə beynəlxalq layihələr (məsələn, Avropa Birliyinin qrantı əsasında Fransa, Almaniya, Türkiyə, Çin və s. ölkələrin elmi tədqiqat müəssisələri ilə birgə “Azərbaycanda çəyirdəkli meyvə bitkilərinin virus xəstəlikləri və davamlı genotiplərin axtarışı”) icra olunur, müvafiq kadr hazırlığı həyata keçirilir.

İnstitut dünyanın (CGİAR qrupuna daxil olan beynəlxalq mərkəzlər – İCARDA, CİMMYT, CİAT, həmçinin Beynəlxalq Biomüxtəliflik, ABŞ Vaşinqton Dendrarisi və Kaliforniya Universiteti, VİR, Yaponiyanın Okoyama Universiteti, Slovakiya Bitkiçilik İnstitutu və s.) və ölkənin 14elmi-tədqiqat institutu (ET Əkinçilik İnstitutu, AMEA Mərkəzi Nəbatat Bağı, Mərdəkan Dendrarisi, Naxçıvan Bioresurslar İnstitutu və s.)və təhsil müəssisələri (Azərbaycan Dövlət Aqrar Universiteti, digər universitetlərin müvafiq kafedraları)ilə birgə müştərək elmi tədqiqat işlərində iştirak etmişdir. Bu işlərdə institutun əlaqələndiricilik funksiyaları özünü xüsusilə baris şəkildə göstərmişdir.

2003-2012-ci illərdə ölkə ərazilərində ABŞ, Rusiya, Almaniya, Yaponiya, İran, Suriya, Avstraliya, Niderland, İspaniya, Slovakiya, İtaliya, Türkiyə, Nepal, Özbəkistan və s. ölkələrin elmi müəssisələri, 10-dan çox beynəlxalq və regional təşkilatlarla birgə institutun təşkilatçılığı və rəhbərliyi altında yerli BGE-nin öyrənilməsi və rüşeym plazması nümunələrinin toplanması üzrə 26 beynəlxalq ekspedisiya keçirilmişdir.

N.İ.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutu (VİR), Ümumrusiya Tərəvəzçilik İnstitutu, Rusiya Paxlalı Bitkilər İnstitutu, Ukrayna Bitki Genetik Ehtiyatları Mərkəzi, Türkiyə Egey K/T Araşdırmaları İnstitutu, Özbəkistan Bitkiçilik İnstitutu, Belarusiya Elmlər Akademiyasının Sitogenetika İnstitutu, Macarıstan EA Taxıl Bitkiləri İnstitutu, Niderland Krallığının Bitki Genetik Ehtiyatlar Mərkəzi, Fransanın Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi və s. təşkilatlarla bağlanmış əməkdaşlıq sazişləri, eləcə də Beynəlxalq Biomüxtəliflik İnstitutu (keçmiş İPGRİ) ilə Anlaşma Memorandumu üzrə fəaliyyətlər aparılır.

İnstitutun əməkdaşları bir çox beynəlxalq və regional şəbəkələrdə  Azərbaycanı uğurla təmsil edirlər. Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) ayrı-ayrı bitkilər üzrə şəbəkə koordinasiya və ekspert qruplarında, eləcə də bir çox beynəlxalq və regional bitki şəbəkələrində institutun alimləri ekspert kimi müntəzəm iştirak edirlər.

İnstitutun alim və mütəxəssisi FAO və Beynəlxalq Biomüxtəliflik İnstitutu tərəfindən BGE-nin toplanması, öyrənilməsi, istifadəsi, sənədləşdirilməsi və milli şəbəkələrin qurulmasında digər ölkələrə yardım göstərmək və beynəlxalq təşkilatların tədqiqat proqramlarında iştirak etmək məqsədilədəfələrlə beynəlxalq ekspert kimi cəlb edilmişlər.

İnstitutun əməkdaşı 2007-2009-cu illərdə Türkiyə, Tacikistan və Qırğızıstan Respublikalarında BGE üzrə Milli İnformasiya Mübadiləsi Mexanizminin qurulması, məlumat bazalarının yaradılması, ölkə hesabatlarının hazırlanması işində FAO-nun eksperti kimi iştirak etmişdir. 1 əməkdaş 2007-ci ildə Beynəlxalq Biomüxtəliflik təşkilatı tərəfindən elan olunmuş nüfuzlu Vavilov-Frankel müsabiqəsinin, ABŞ-ın Dövlət Kənd Təsərrüfatı Departamenti və milli institutları tərəfindən keçirilən Nobel mükafatı laureatı Barlauq adına mükafatın, 2008-2012-ci illərdə 11 əməkdaş Avropa Komissiyasının Erasmus Mundus əməkdaşlıq proqramının və bir çox beynəlxalq qrantların qalibi olmuş, bu mükafat, qrant və proqramlar çərçivəsində onlarla ölkədə tədqiqat işləri apararaq nəticələrini beynəlxalq konfranslarda (Avstraliya, Avstriya, İtaliya, Çin, Türkiyə, Rusiya, İran, ABŞ və s.) məruzə etmişdir.

1970-ci ildən bəri institut əməkdaşları yaxın və uzaq xaricdə keçirilmiş yüzlərlə beynəlxalq qurultay, simpozium,konqres, konfrans, müşavirə və seminarlarda iştirak edərək elmi tədqiqatların nəticələrini məruzə etmiş, Azərbaycan elmini uğurla təmsil etmişlər. Təkcə 2003-2010-cu illər ərzində institutun 50-yə yaxın alim və mütəxəssisi dünyanın 40-dan çox ölkəsində təşkil edilmiş beynəlxalq tədbirlərdə iştirak etmiş, 28 əməkdaş beynəlxalq elm mərkəzlərində, tanınmış xarici tədqiqat müəssisələrində uzunmüddətli təlim kursu keçmişdir. Həmin müddətdə institutda beynəlxalq səviyyəli 2 konfrans, 6 seminar keçirilmişdir.

Hazırda İnstitut FAO, ECPGR, Bioversity İnternational, ICARDA, CİMMYT, Beynəlxalq Etimad Fondu, Cənubi Qafqaz və Mərkəzi Asiya Regional Koordinasiya Şurası və başqa beynəlxalq təşkilat və şəbəkələrin elmi-tədqiqat proqramlarında tərəfdaş kimi iştirakını davam etdirir. İnstitutun direktoru k.t.e.d. Zeynal Əkpərov 2009-cu ildən Regional Koordinasiya Şurasının sədridir. O həmçinin ECPGR-ın İdarəedici Komitəsinin üzvüdür.

 

1970-2012-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun (2003-cü ilə kimi Genetika və Seleksiya İnstitutu) beynəlxalq tədqiqat layihə və ya proqramlarında iştirakı haqda məlumat

 

Tədqiqat layihə və ya proqramları, müqavilələr

Yerinə yetirilmə dövrü

Əlaqədar ölkə və təşkilatlar

SSRİ-nin müxtəlif bölgələrində, xüsusən, Moskva, Kiyev, Minsk, Kşinyov, Novosibirsk, Puşşino, eləcə də Praqa, Varşava, Sofiya və s. kimi şəhərlərdə keçirilən konfrans və simpoziumlarda, xalq təsərrüfatı sərgilərində iştirak;

Alim kadrların hazırlanması

 

1970-1990

SSRİ, Qarşılıqlı İqtisadi Yardım Şurası ölkələri

UNDP, UNESCO və NATO-nun layihələrində iştirak

 

1991-2002

Avropa, Cənubi Qafqaz

Bitki Genetik Ehtiyatlarının məlumat bazaları və EURİSCO kataloqunun yaradılması

 

2002 - 2004

Avropa, Cənubi Qafqaz

Azərbaycanda biomüxtəlifliyin vəziyyəti, idarə olunması və perspektivlərinə dair I Milli Məruzə

 

2004-2005

Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiya

Ərzaq və Kənd Təsərrüfatı Bitkilərinin Genetik Ehtiyatları ilə bağlı II Ölkə Hesabatının hazırlanması

 

2006

FAO

Kənd Təsərrüfatı Heyvanları üzrə I Ölkə Hesabatı və illik hesabatlar, FAO-nun heyvan genetik ehtiyatları üzrə internet portalı

 

2004-2012

FAO

Kənd təsərrüfatı heyvanlarının Milli Kataloqunun yaradılması, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda yerli qoyun cinslərinin genefondunun tədqiqi

 

2005-2007

FAO, İCARDA

Bitki Genetik Ehtiyatları üzrə Milli İnformasiya Mübadiləsi Mexanizminin yaradılması

 

 

FAO, Türkiyə, Tacikistan, Qırğızıstan

Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda genbanklar şəbəkəsinin yaradılması

 

2004-2007

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, İCARDA

Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional Strategiyanın və Məlumat Bazasının yaradılması

 

2005-2007

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, İCARDA

BGE üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya Regional Koordinasiya Şurasına rəhbərlik

2009-2013

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, CGİAR konsorsiumu

BGE-nin öyrənilməsi və rüşeym plazması nümunələrinin toplanması üzrə 26 beynəlxalq ekspedisiya

2003-2012

ABŞ, Rusiya, Almaniya, Yaponiya, İran, Suriya, Avstraliya, Niderland, İspaniya, Slovakiya, İtaliya, Türkiyə, Nepal və s. ölkələrin elmi müəssisələri, 10-dan çox beynəlxalq və regional təşkilat

 

Avropada üzüm genetik ehtiyatlarının İnkişafı

2006-2010

Avropa, Cənubi Qafqaz və Rusiya

Cənubi Qafqaz regionunda BGE-nin öyrənilməsi və toplanması

 

2006-2013

ABŞ Kənd Təsərrüfatı Departamenti, Cənubi Qafqaz ölkələri

Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı

 

2010-2013

Fransa, Almaniya, Türkiyə, Çin institutları

Qızdırılmayan istixanalar üçün regionlararası pomidor nümunələrinin molekulyar-genetik və laboratoriya-sahə qiymətləndirilməsi

 

2010-2012

Belarusiya EA Genetika və Sitologiya İnstitutu

Buğda və arpanın qlobal əhəmiyyətli kolleksiyalarının bərpası

 

2008-2010

 

Qarğıdalı, sorqo və paxlalı bitkilərin qlobal əhəmiyyətli kolleksiyalarının bərpası

 

2009-2011

FAO, Beynəlxalq Etimaq Fondu

Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsi ilə bitki genetik ehtiyatlarının (BGE) istifadəsinin gücləndirilməsi

 

2009-2011

CİMMYT, FAO, İCARDA

Beynəlxalq elmi tədbirlərdə iştirak

2002-2012

55 ölkədə 300-dən çox elmi konfrans, simpozium, seminar

N.Borlauq beynəlxalq mükafatı, ABŞ-da beynəlxalq tədqiqat proqramında iştirak

 

2012

Kanzas Dövlət Universiteti, N.Borlauq İnstitutu, ABŞ

ERASMUS-MUNDUS Avropa proqramı çərçivəsində 11 təlim və tədqiqat layihəsi

 

2009-2012

Saloniki Universiteti, Yunanıstan

Üzüm bitkisi üzrə Avropa layihəsi (COST)

 

2010-2013

Avropa Birliyi; Milan Universiteti, Şərqi Avropa ölkələri, Qafqaz

Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram çərçivəsində əməkdaşlıq

 

2010-2013

Türkiyə K/T institutları, CİMMYT, İCARDA, Mərkəzi Asiya ölkələri

Buğdanın hibrid populyasiyalarında təsərrüfat əhəmiyyətli formaların genom strukturunun molekulyar sitogenetik metodlarla analizi

 

2011

Kanzas Dövlət Universiteti, Buğdanın Genetik və Genom Ehtiyatları Mərkəzi

 

Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) ayrı-ayrı bitkilər üzrə şəbəkə koordinasiya və ekspert qruplarında iştirak

 

2002-2013

Avropa ölkələri, Beynəlxalq Biomüxtəliflik İnstitutu, Avropa Əməkdaşlıq Proqramı

Pambığın genetik müxtəlifliyinin tədqiqi

 

 

2011- 2012

Türkiyə, Yunanıstan, ABŞ universitetləri

Azərbaycanda dənli taxıl və paxlalı bitkilərinin tədqiqi Proqramı

 

2003- 2013

CIMMYT, Türkiyə, Orta Asiya ölkələri

İnstitutda 2 beynəlxalq konfransın və 6 beynəlxalq seminarın təşkili

 

 

2006-2012

FAO, Beynəlxalq Biomüxtəliflik İnstitutu, Beynəlxalq Etimaq Fondu, CİMMYT, ICARDA, USDA

İkitərəfli müqavilələr

2003-2012

N.İ.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutu (VİR), Ümumrusiya Tərəvəzçilik İnstitutu, Rusiya Paxlalı Bitkilər İnstitutu, Ukrayna Bitki Genetik Ehtiyatları Mərkəzi, Türkiyə Egey K/T Araşdırmaları İnstitutu, Özbəkistan Bitkiçilik İnstitutu, Belarusiya Elmlər Akademiyasının Sitogenetika İnstitutu, Macarıstan EA Taxıl Bitkiləri İnstitutu, Niderland Krallığının Bitki Genetik Ehtiyatlar Mərkəzi, Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi və s.