AMEA Genetik Ehtiyatlar İnstitutunun Fizioloji genetika şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Ramiz Əliyev yüksək elmi fəaliyyətinə görə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” münasibətilə aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Prof. Ramiz Əliyev elmi-pedaqoji fəaliyyəti dövründə 260 elmi əsərin, 5 kitab/monoqrafiya və 2 ixtiranın müəllifidir, 26 məqaləsi İmpakt-faktor jurnallarda dərc olunmuşdur, 12 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirmişdir. Onun dərc olunmuş beynəlxalq elmi əsərlərinə 400-dən çox istinad edilmişdir. GEİ-nin rəhbərliyi və bütün kollektivi Ramiz müəllimi ürəkdən təbrik edir və ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.
© www.genres.az