21:51, 27.04.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, professor Ramiz Əliyev AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu
AMEA Genetik Ehtiyatlar İnstitutunun Fizioloji genetika şöbəsinin müdiri, biologiya elmləri doktoru, professor Ramiz Əliyev yüksək elmi fəaliyyətinə görə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” münasibətilə aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Prof. Ramiz Əliyev elmi-pedaqoji fəaliyyəti dövründə 250-dən çox elmi əsərin, 5 kitab/monoqrafiya və 2 ixtiranın müəllifidir. Alim 10 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişdirmişdir. Onun dərc olunmuş beynəlxalq elmi əsərlərinə 400-dən çox istinad edilmişdir. GEİ-nin rəhbərliyi və bütün kollektivi Ramiz müəllimi ürəkdən təbrik edir və ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırlar.