XƏBƏRLƏR
20:47, 18.12.2018
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ı ilk dəfə yaponiyalı alimə təqdim edilib

Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat”a ilk dəfə Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Ren layiq görülüb.

Mükafatı alimə AMEA-da keçirilən akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray  təqdim edib.

Tədbirdə qurumun katibi “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində rolundan bəhs edib.

 

 

© www.science.gov.az