5-8 iyul 2017-ci il tarixlərində Belarusun paytaxtı Minsk şəhərində “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçirilib.
Tədbir AMEA-nın Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
200-dən çox alimin iştirak etdiyi tədbirdə simpoziumun həmsədri, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov “Abşeronun landşaft memarlığının biomüxtəlifliyi” mövzusunda məruzə ilə çıxış edib.
Ümumilikdə simpozumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti və zəngin irsinin qorunması mövzularında müzakirələr aparılıb.
© www.science.gov.az