Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İnstitutun Həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov20 Yanvar hadisələri ilə bağlı şahidi olduğu acı xatirələrdən bəhs etmiş, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, həmin gün xalqımızın qeyrətli övladları işğalçılar tərəfindən qətlə yetirilmiş, 132 nəfər şəhid olmuş, 700-dən artıq vətəndaşımız yaralanmışdır. Bu tarix xalqımızın faciəsi olmaqla yanaşı, Azərbaycanın müstəqillik tarixinin başlanğıcıdır.
Sonda 1990-cı ilin yanvar hadisələrini əks etdirən çoxsaylı fotolardan ibarət film nümayiş etdirilmişdir.