Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda (GEİ)“Ailəvi Hiperxolesterolemiya (AH) üzrə mərtəbəli yoxlama üsulunun biostatistik qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə GEİ-nin Biotexnologiya şöbəsinin “İnsan genetikası” qrupunun üzvü, kiçik elmi işçi Nigar Məmmədova magistr işi haqqında məruzə etmişdir. Tədqiqatçı Böyük Britaniyada AH-ya qarşı mərtəbəli skrininq proqramının icmalını seminar iştirakçılarının diqqətinə çatdırmışdır. O cümlədən, qeyd olunan xəstəlik və bununla bağlı diaqnoz və müalicə strategiyaları haqqında ətraflı məlumat vermişdir.
Qeyd edək ki, N.Məmmədova Bakı Dövlət Universitetini bitirdikdən sonra Şotlandiyanın Aberdin Universitetində (University of Aberdeen) magistratura təhsilini almışdır.