XƏBƏRLƏR
17:39, 19.07.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda Beyin strukturlarında monoaminergik sistem mövzusunda Beynəlxalq vebinar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilmişdir.

Seminarda GEİ-nin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva “Beyin strukturlarında monoaminergik sistemin aktivliyinə elektromaqnit dalğaların təsiri”  mövzusunda məruzə ilə çıxış etmişdir. O, elektromaqnit şüaları və mənbələri haqqında ümumi məlumat vermiş, müasir texnologiyanın yaratdığı ES təsiri, onun yaratdığı aktual problemlərdən bəhs etmişdir. S.Ağayeva qeyd etmişdir ki, şüalanmanın canlı orqanizmlərə təsiri problemi molekulyar və hüceyrəsəviyyəsindən davranış reaksiyalarına qədər hərtərəfli tədqiqatların aparılmasınıtələb edir. Obildirmişdir ki, mövzunun elmi yeniliyi baş beyinin qabıq və qabıqaltı strukturlarında monoaminergik sistemlərin aktivliyinin tədqiqi və təhlili, qeyri-istilik intensivliyində EMS-in təsirinin modulyasiya parametrlərindən asılı olaraq heyvanların MSS-nin funksional vəziyyətlərində yaranmış dəyişikliklərin qanunauyğunluqlarını müəyyənləşdirir.Tədqiqat nəticəsində alınmış məlumatlar əsasında MSS-nin funksional vəziyyətlərində bu və ya digər meylliklər yaradan EMS-nin adekvat seçilməsi həyata keçirilə bilər. Bu isəöz növbəsində EMS-nin amplitud-tezlik vəmodulyasiya parametrlərinin köməyi ilə MSS-nin vəziyyətinin distant idarə olunması probleminin həlli üçün perspektiv yollar açır. 

Vebinar zamanı mövzu ətrafında geniş müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

Qeyd edək ki, biologiya üzrə fəlsəfə doktoruSəltənət Ağayeva elmi fəaliyyəti dövründə müxtəlif beynəlxalq və yerli konfrans və seminarlarda iştirak etmiş, 20 elmi əsəri yerli və xarici mətbuatda nəşr edilmişdir. Bununla yanaşı, Bakı Sənaye-Pedaqoji Kollecində “İnsan fiziologiyası” və “Tibbi biliklərin əsasları” fənnini tədris edir.

 

FOTO>>>

 

©  www.genres.az