XƏBƏRLƏR
17:26, 19.07.2016
AMEA Genetik Ehtiyatlar İnstitutunda İnsanın bədxassəli şiş hüceyrələri mövzusunda Beynəlxalq vebinar keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) növbəti beynəlxalq vebinar (internet vasitəsi ilə seminar) keçirilmişdir.

Seminarda GEİ-nin böyük elmi işçisi,  insan genetikası qrupun rəhbəri biologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev “İnsanın bədxassəli şiş hüceyrələrinə hüceyrə kulturası şəraitində tətbiq olunan kimyaterapik dərman təsirinin biokimyəvi və genetik tədqiqi”mövzusunda məruzə ilə çıxış etmişdir.

O, insan bədənində əmələ gələn bədxassəli şişlər haqqında ümumi məlumat verərək xərçəngin genetik və biokimyəvi əsaslarından bəhs etmişdir. Bildirmişdir ki, dünyada bir çox xərçəng tədqiqatları in-vitro hüceyrə kulturası şəraitində aparılır və pozitiv nəticələr daha sonra  yenidən öyrənilir. E.Əliyev qeyd etmişdir ki, tədqiqatlarını “İnsan A549” ağciyər xərçəng hüceyrəsi  üzərində aparmışdır.Bu kimi həssas araşdırmalar yalnız xüsusi hazırlanmış laboratoriyalarda tədqiq edilməlidir. GEİ-də də bu kimi tədqiqatların aparılması planlaşdırılır.

Qeyd edək ki, biologiya üzrə fəlsəfə doktoru Elvin Əliyev elmi fəaliyyəti müddətində bir sıra beynəlxalq tədqiqat işlərində, xərçəng xəstəliyi ilə bağlı layihələrdə iştirak etmişdir. O, Atatürk Universitetinin kliniki laborotoriyasında mütəxəssis kimi fəaliyyət göstərmiş  və tibb fakültəsində ixtisası üzrə nəzəri və pratik dərslər tədris etmişdir. 14 beynəlxalq elmi əsərin müəllifidir. 

 

 

FOTO>>>

 

©  www.genres.az