Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik İbrahim Quliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov, A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olmuşlar. GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonaqlara İnstitutun müxtəlif şöbələrində aparılan tədqiqat işləri və mövcud kadr potensialı haqqında məlumat vermişdir. Görüş zamanı birgə aparılacaq multidissiplinar tədqiqatların istiqamətləri geniş müzakirə olunmuşdur.
Daha sonra qonaqlar institutun Biotexnologiya və İmmunogenetika şöbələrində fəaliyyət göstərən Genomika və Virusologiya laboratoriyaları ilə tanış olmuşlar. GEİ-də aparılan işlər yüksək qiymətləndirilmiş, insan genetikası və genomikası üzrə birgə tədqiqatların həyata keçirilməsinin vacibliyi vurğulanmışdr.