XƏBƏRLƏR
17:53, 18.04.2023
GEİ-nin Zuvand dayaq məntəqəsində yaz-tarla işləri davam etdirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun ( GEİ ) Zuvand (Lerik) Dayaq Məntəqəsinin (ZDM) əkin sahələrində yaz-tarla, sınaq sort buğdanın becərilmə işləri davam etdirilib, fermerlərə müvafiq sahədə əməli köməklik göstərilib. Bununla belə, Lerik rayonunun Zuvand bölgəsində meyvə və tərəvəz bitkilərinə dəstək və turizmin inkişaf etdirilməsi üzrə, icraçısı Türkiyə və Almaniya ölkələri olan Layihəyə uyğun olaraq Aİ və KTN-nin birgə təşkil etdikləri, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən monitorinqdə ZDM-nin əməkdaşları da iştirak edib. Bitki genetik ehtiyatlarının öyrənilməsi, təbiətdə itməkdə olan mədəni bitkilərin yabanı əcdadlarının mühafizəsi istiqamətində GEİ-nin apardığı tədqiqatlar haqqında ZDM -nin ixtisaslı mütəxəssisləri tərəfindən tədbir iştirakçılarına geniş məlumat verilib.

 

 

FOTO>>>

 

© www.genres.az