STRUKTURŞöbələrİmmunogenetika

HacıStruktur bölmənin rəhbəri: H,M.Şıxlinski, b.e.d., dosent.

                        e-mail: sh.haci@yahoo.com  

 

Şıxlinski Hacı Məmmədtağı oğlu 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına (indiki N.Tusi adına) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya fakültəsinə daxil olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1979-cu ildən 1982-ci ilə qədər təyinatla Quba rayonunun Çiçi kəndində biologiya-kimya fənlərindən dərs demişdir. 1983-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda əyani aspiranturaya daxil olmuş və 1990-cı ildə Tbilisi şəhərində “Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış sortlarının və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı” mövzusunda dissertasiya müdafiyə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən “Bitkilərin mühafizəsi” laboratoriyasına rəhbərlik edir. 2007-ci ildə dosent vəzifəsinə seçilmişdir. 2001-ci ildə “Üzüm fillokserası və kökçürüdücü mikroorqanizmlər”, 2004-cü ildə “Üzümün xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və 2008-ci ildə isə “Meyvə-giləmeyvə bitkilərinin xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” adlı monoqrafiyaları nəşr edilmişdir. Dünyanın müxtəlif ölkələrində nəşr olunmuş  228 elmi əsərin müəllifidir. Elmi əsərləri Azərbaycandan başqa Türkiyə, ABŞ, Yunanıstan, Hindistan, İran, İtaliya, Belçika, Polşa və s. ölkə və şəhərlərdə (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev, Minsk, Tbilisi, Daşkənd, Almatı, Bişkek, Odessa, Penza, Saratov, Tomsk, Vladiqafqaz, Volqaqrad, Donetsk, Simferopol, Yalta, Puşino, Miçurinsk, Voronej, Yoşkar-Ola, Tobolsk, Sıktıvkar) nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfrans, simpozium və konqreslərdə çıxış etmişdir. 2011-ci ildə “Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi” mövzusunda  doktorluq dissertasiyası müdafiyə etmiş və 2013-cü ildə “Mikrobiologiya” və “Genetika” ixtisasları üzrə biologiya elmləri  doktoru elmi dərəcəsi almışdır. Bir sıra monoqrafiyaların elmi redaktorlarından biri olmuşdur (Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortları-2008-ci il, Azərbaycanda üzümçülük-2010-cu il, Azərbaycanın üzüm sortları-2012-ci il, Təcürbəvi mutagenez və hibridləşmə yolu ilə orta lifli pambıqların yeni formalarının yaradılması-2012-ci il). Bir nəfər biologiya elmləri namizədi hazırlamışdır.

 

Xaricdə çıxan məqalələr >>> 

 

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Kənd təssərüfatı bitkilərinin xəstəlik və zərərvericilərlə sirayətlənməsinin təbii və süni fonda fitopatoloji və immunoloji qiymətləndirilməsi əsasında müxtəlif xəstəlik və zərərvericilərə tolerant və davamlı bitki formalarının aşkarlanması və onların genbanknın yaradılması və onlardan səmərəli şəkildə istifadə olunması. Müxtəlif ölkələrdən introduksiya olunmuş bitki sortnümunələrinin karantin xəstəlik və zərərvericilərinin aşkarlanaraq, onlara qarşı inteqrir mübarizə tədbirlərinin həyata keçirilməsi. Həmçinin, xəstəliklərin araşdırılması məqsədi ilə ekspedisiyaların və monitorinqlərin təşkili, xəstəliklərin seroloji (TBIA, ELISA) və molekulyar-genetik (DNT  RNT ekstraksiyası, PCR, RT-PCR , Electroforez) tədqiqi, xəstəliklərin sirayətləndirdiyi bitkilər, süni sirayətləndirmə, məhsul itkisi və nəzarət. 

 

Struktur bölmənin əsas elmi nəticələri:

İstər təbii, istərsə də süni fonda aparılan fitopatoloji və immunoloji qiymətləndirilmə nəticəsində immun, yüksəkdavamlı, davamlı və tolerant bitkilər aşkar edilmişdir ki, onlardan seleksiya işlərində davamlılıq donor materialı kimi xəstəlik və zərərvericilərə davamlı və tolerant yeni kənd təsərrüfatı bitki sortlarının yaradılmasında istifadə olunması tövsiyə olunur.
Azərbaycanda, ilk dəfə olaraq dənli taxıl və paxlalı bitkilərin mədəni  və yabanı növlərində Bean leafroll virus, Beet western yellows virus, Chickpea chlorotic stunt virus, Faba bean necrotic yellows virusPea seed-borne mosaic virusBarley yellow dwarf virus və Cereal yellow dwarf virus aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyən edilmiş və yeni ayzolitlər (noxud-HQ180352; mərcimək-HQ180353; noxud-HQ199306; noxud-HQ199305; noxud-HQ180354; paxla-GQ371215; mərcimək-GQ351600; Triticum aestivum L.-JX275850; JX275851; Triticum turgidum L.-JX275855; Triticum dicoccoides L-JX294311; Avena sativa L.-X275857; JX294312) hazırlanaraq beynəlxalq genbankda qeydiyyatdan keçirilmişdir.

 

İşçilərin ümumi sayı: 15 nəfər

 

 


 

Aparıcı elmi işçi: b.ü.f.d., dos.Məmmədova Nailə Xurşud qızı

E-mail:

Telefon:

 

 

 

 

 

  


 

Aparıcı elmi işçi: b.ü.f.d., dos. Məcidli İsmayıl  Qəzənfər oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Böyük elmi işçi: t.ü.f.d.Qafarov Rəşadət Rəhim oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 

 


  

Böyük elmi işçi: a.ü.f.d.Şahməmmədova Lətifə Şahməmməd qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


 

Elmi işçi: Mansurova Məhbubə Dəmirçi qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

  


 

Elmi işçi: Məmmədova Afət  Daşdəmir qızı

E-mail:

 Telefon:

 

 

 

 

 

 


 Kiçik elmi işçi: Kərimova  Aynur Məhəmməd qızı

 E-mail:

 Telefon:

 

 

 

 

 

 

 

 


Kiçik elmi işçi: Babayeva Nazlı Surxay qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Böyük laborant:Nəzərov Nahid Natiq oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 

 


Böyük laborant:Şabanova Emiliya Əvəz qızı

E-mail:

Telefon:

  

 

VİRUSOLOGİYA QRUPU

 

Qrup rəhbəri: b.ü.f.d. Qurbanov Sədrəddin Məhərrəm oğlu

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


Qrup rəhbəri: Rəkidə Əminə Mərfət qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

Qrup rəhbəri: Mustafayeva Həqiqət Gündüz qızı

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

Qrup rəhbəri: Fərhadova Səbinə Cavanşir qızı

E-mail:

Telefon: