RƏHBƏRLİKDirektor

Zeynal İba oğlu Əkpərov

 

Aqrar elmləri üzrə elmlər doktoru

AMEA-nın müxbir üzvü

Biomüxtəliflik və ƏKTBGE üzrə Milli Koordinator

Ünvan: Azadlıq pr. 155, Bakı, Azərbaycan

Tel.: (+994 12) 562 91 71; (+994 50) 611 47 40

Faks: (+994 12 ) 449 92 21

e-mail: akparov@yahoo.com

 

  

 

Əkpərov Zeynal İba oğlu 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olmuşdur.

Aqrar elmləri üzrə elmlər doktoru (2010), AMEA-nın müxbir üzvüdür (2014). O, bitki genetik müxtəlifliyinin tədqiqi, toplanması, mühafizəsi, səmərəli istifadəsi və yeni sortların yaradılması, becərilmə texnologiyasının elmi əsaslarının işlənib hazırlanması sahələrində bir sıra mühüm elmi və elmi-praktiki nailiyyətlər əldə etmişdir.

Z.Əkpərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1978).ET Əkinçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır (1978-1981).

1982-ci ildən ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş, 2002-ci ilin sonundan AMEA Genetik Ehtiyatlar İnstitutunun direktorudur. Z.Əkpərov Azərbaycanda genetik ehtiyatlar sahəsində elmi fəaliyyətləri istiqamətləndirməyə və əlaqələndirməyə, genetik müxtəlifliyi qiymətləndirməyə imkan verən, onların etibarlı mühafizəsi və səmərəli istifadəsinin optimallaşdırılmasını təmin edən modellər vermiş, mühafizə strategiyaları üzrə yeni metodologiyalar işləyib hazırlamış və inkişaf etdirmişdir. Azərbaycanın Milli Genbankının və genetik ehtiyatlarüzrə Milli Şəbəkənin yaradılması onun adı ilə bağlıdır.

Z.Əkpərovun rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru, 1 nəfər isə elmlər elmi dərəcəsi almışdır. 8 elmlər doktorunun elmi məsləhətçisi, 6 fəlsəfə doktorunun elmi rəhbəridir.

Z.Əkpərov uzun illərdir ki, beynəlxalq təşkilatlarda, o cümlədən Biomüxtəlifliyə dair Konvensiyanın və FAO-nun strukturlarında Milli Koordinator kimi Azərbaycanı uğurla təmsil edir. O, Bitki Genetik Ehtiyatları üzrə Avropa Əməkdaşlıq Proqramının İdarəedici Komitəsinin üzvü, Cənubi Qafqaz və Mərkəzi Asiya Regional Şəbəkəsi Koordinasiya Şurasının sədridir. Z.Əkpərov 6 beynəlxalq konfransın əlaqələndiricisi və təşkilat komitəsinin sədri olmuşdur. 

Z.Əkpərov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Mədəni bitkilərin genetik ehtiyatlarıüzrə Elmi-Texniki Şuranın, Respublika Elm Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə elmi şura”sının və “Biomüxtəlifliyin mühafizəsi” cəmiyyətinin sədridir. AMEA-nın Biologiya Problemləriüzrə Elmi Şuranın üzvü, AMEA-nın Xəbərləri (Biologiya elmləri seriyası)jurnalının, “Azərbaycan Aqrar Elmi” jurnalının və bir neçə beynəlxalq nəşrin (o cümlədən,Springer Nəşriyyatına daxil olan və genetik ehtiyatlar sahəsində dünya üzrə aparıcı akademik nəşr sayılan impakt faktorlu "Genetic Resources and Crop Evolution" jurnalının) redaksiya heyətinin üzvü, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin Baş redaktorudur.

Z.Əkpərov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür (2015).

Z.Əkpərov AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibinin müavini seçilmişdir (2016).

Z.Əkpərov170 elmi əsərin (80-i xaricdə), o cümlədən 5 kitab (3-i xaricdə), 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə, 6 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.