STRUKTURŞöbələrTəhsil şöbəsi

Struktur bölmənin rəhbəri: Biologiya üzrə fəlsəfə doktoru İzzətullayeva Vüsalə

 E-mail: vusala.izzetullayeva@genres.science.az

           vusalam_genetic@mail.ru

 Tel.: (+994 50) 3559639

 


 

İzzətullayeva Vüsalə İbrahim qızı 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetində bakalavr (2001) və magistraturanı (fərqlənmə) bitirmiş (2004), AMEA Genetik Ehtiyatlar İnstitutunun aspiranturasında təhsil almışdır (2005-2008).

V.İzzətullayeva 2004-cü ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 2016-cı ildən İnstitutun Təhsil şöbəsinin müdiridir. Biologiya üzrə fəlsəfə doktorudur (2015).

V.İzzətulalyeva tərəfindən Azərbaycanda, ilk dəfə olaraq, müxtəlif mənşəli şəkər çuğunduru genotiplərindən ibarət kolleksiya yaradılmış, molekulyar markerlərdən istifadə etməklə şəkər çuğunduru genotiplərində genetik müxtəlifliyin hərtərəfli öyrənilməsinə yönəlmiş kompleks molekulyar-genetik tədqiqat işi aparılmışdır. Tədqiqat işində düzgün seçilmiş praymerlər vasitəsilə əldə olunmuş RAPD-ISSR profilləri əsasında şəkər çuğundurunun kolleksiya nümunələri identifikasiya edilmişdir. Molekulyar analizlər nəticəsində bəzi genotiplərin genetik strukturu və qruplaşması ilə onların toplandığı region arasında əlaqə aşkar edilmiş, digər  regionlardan olan nümunələrdə isə gen axınının olması təsdiqlənmişdir.

V.İzzətullayeva Elmin İnkişafı Fondu, UNDP və AMEA tərəfindən maliyyələşdirilən bir çox layihələrin və elmi tədqiqat proqramlarının iştirakçısı olmuş və onun aktiv fəaliyyəti ilə buğda, mərcimək, arpa, nar, üzüm və s. bitkilərin molekulyar səviyyədə tədqiqi həyata keçirilmişdir. O, AMEA Genetik Ehtiyatlar İnstitutunda nar bitkisinin genetik müxtəlifliyinin öyrənilməsi və “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunması üzrə aparılan tədqiqatlarda və alınan nəticələrin dərc etdirilməsində aktiv iştirak etmişdir. Tədqiqat qrupu tərəfindən, ilk dəfə olaraq Azərbaycanın  nar sort və formalarının biomüxtəlifliyi molekulyar marker texnologiyası ilə qiymətləndirilməsi və genetik profillər əsasında pasportlaşdırılması həyata keçirilmişdir. Bundan başqa, ilk dəfə olaraq nar bitkisinin genomunda gen ardıcıllıqları və gen ailələrinin müqayisəli analizi, genomda və transkriptomda motiv ardıcıllıqlarının müəyyənləşdirilməsi və müxtəlif orqanlarda differensial ekspresiya analizi üzrə tədqiqatlar yekunlaşdırılmışdır.

Genetik Ehtiyatlar İnstitutu AMEA-da magistraturanın yaradıldığı ilk 7 təşkilatdan biridir (2015). V.İzzətullayevanın gərgin fəaliyyəti nəticəsində İnstitutda “Genetika”, “İnsan genetikası”, “Bitkilərin seleksiyası” və “Bitkilərin mühafizəsi”  ixtisasları üzrə tədris proqramları dünyanın tanınmış universitetlərinin tədris proqramlarına uyğun olaraq hazırlanmış, tədris təşkil edilmiş və keçən müddət ərzində 2 ixtisas üzrə 12 nəfər magistraturanı müvəffəqiyyətlə bitirib məzun olmuşdur. V.İzzətullayeva doktorantura və dissertanturaya qəbul imtahanlarının keçirilməsi üçün testlərin hazırlanmasında və təkmilləşdirilməsində yaxından iştirak etmiş, yüksək keyfiyyətli test bankı yaradılmış,  qəbul və doktorluq imtahanlarının tam şəffaf şəkildə keçirilməsi təşkil edilmişdir. 

V.İzzətulalyeva İnstitutun universitetlərlə əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə böyük zəhmət sərf etmişdir. O, hal-hazırda İnstitutda fəaliyyət göstərən Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetlərinin  baza kafedralarının fəaliyyətlərini təşkil edir, universitetlərdən gələn tələbə və müəllimlərin elmi tədqiqat işi aparmasına nəzərəti həyata keçirir.

V.İzzətulalyeva 40-dan artıq elmi əsərin müəllifidir ki, onlardan da 15 məqalə dünyanın tanınmış impakt faktorlu jurnallarında dərc olunmuşdur. Onun beynəlxalq elmi əsərlərinə 70-dən çox istinad edilmişdir.

V.İzzətulalyeva AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının (2016), genetik modifikasiya olunmuş bitkilər üzrə Ekspert Şurasının (2012), AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərlərinin redaksiya heyyətinin (2019) və Bakı Dövlət Universitetinin nəzdində genetika ixtisası üzrə fəaliyyət göstərən Seminar Şurasının üzvüdür (2020). 

 

 

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

 Təhsil şöbəsi magistratura, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə yüksəkixtisaslı kadrların hazırlanması, magistr və doktorantların elmi fəaliyyətlərinin təhlilinin həyata keçirilməsi, tədrisə nəzarətin gücləndirilməsi, beynəlxalq təhsil proqramlarında gənc alim və mütəxəssislərin iştirakının təmin edilməsi, aparıcı universitet və tədqiqat mərkəzləri ilə birgə kadr hazırlığının aparılması, xarici professorların onlayn mühazirələrinin təşkili və institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədi ilə yaradılmışdır.

  • Təhsil şöbəsi doktorantların və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul və minimum imtahanları üçün test bankının yaradılması işini və proqram təminatını təşkil edir;
  • fəlsəfə doktoru hazırlığı üzrə minimum imtahanları üçün imtahan komissiyalarının təşkili, test tapşırıqlarının hazırlanması və təşkil edir;
  • doktorantların və dissertantların attestasiyadan keçirilməsi üçün zəruri sənədləri hazırlayır, attestasiyanı təşkil edir;
  • doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi ilə əlaqələndirir, bu sahə üzrə lazımi sənədləri hazırlayıb təqdim edir;
  • doktorant və dissertantlar Təhsil şöbəsinə özlərinin fəaliyyəti haqqında hesabatlar və digər zəruri sənədləri təqdim edirlər;
  • magistratura təhsilinin həyata keçirilməsini təşkil edir, magistrların tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir;
  • institutun ali məktəblərlə əlaqələrinin təşkilinə cavabdehdir, müxtəlif ali məktəblərdən instituta göndərilmiş stajorların, təcrübəçi bakalavr və magistrların institutda nəzərdə tutulmuş proqramları həyata keçirmələrini təşkil edir;
  • institut əməkdaşlarının, gənc alimlərin təcrübə keçməsi ilə bağlı məsələlərin həllində direktorluğun tapşırıqlarını yerinə yetirir.

 

İşçilərin ümumi sayı: 4

 


 

Baş mütəxəssis: Vəlizadə   Sənubər  Vəli qızı

E-mail: sanubar-2011@mail.ru

Telefon:

 

 

 

 

 

 

 


 Mütəxəssis: Gasanova Pərvin Nurəddin qızı

E-mail: p.melikova@mail.ru

 

 

 

 

 

 

 

 


Mütəxəssis:  Bayramova Pərvin Bəhruz qızı

E-mail: