RƏHBƏRLİKMüavinlər

Naib Xalıq oğlu Əminov

Elmi işlər üzrə
Biologiya elmləri doktoru, professor
Tel.: (994 12) 562-54-78

E-mail: naib.aminov@genres.az

           anaib@rambler.ru  

 

Əminov Naib Xalıq oğlu biologiya elmləri doktoru, professordur. AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Molekulyar Sitogenetika şöbəsinin müdiridir. 1961-ci ildə ADU-nu bitirmişdir. 1963-cü ildə Leninqradda Sitologiya İnstitutunda elektron mikroskopu üzrə tədqiqat işlərinin aparılmasına dair bir il müddətində təkmilləşmə keçmişdir. 1964-cü ildə Leninqradda Ümum-Rusiya Bitkiçilik İnstitutunun aspiranturasına daxil olmuş və professor Romanovun İ.D. rəhbərliyi altında həm VİR-də həm də Sitologiya İnstitutunda namizədlik dissertasiyasının tədqiqini həyata keçirtmişdir. 1967-ci ildə aspiranturanı bitirərək, oradaca müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildən Genetika və Seleksiya institutunda elmi fəaliyyətə başlamışdır. Maraq dairəsi buğdanın mədəni və yabanı növlərinin, onların əcdadları sayılan egilops cinsi növləri ilə qarşılıqlı genetik münasibətlərinin öyrənilməsidir.1975 ildə XII Beynəlxalq Botaniklər və 1978  ci ildə XIV Beynəlxalq Genetiklər konqresinin iştirakçısı olmuşdur. Buğdanın təkamülü və filogenezinə dair 70-dən çox əsərin müəllifidir. 1982-ci ildə buğdanın ikinci genomunun donorunun Aegilops speltoides olması haqda irəli sürdüyü fikir indi molekulyar səviyyədə öz təsdiqini tapmışdır. Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962, 1968 və 1970-ci illərdə Ümum-Rusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur. O bir yumşaq və bir bərk buğda sortlarının müəllifidir. 


 

 

Mehrac Əli oğlu Abbasov

Elmi işlər üzrə
Biologiya üzrə fəlsəfə doktoru
Tel.: (994 12) 562-98-05

E-mail: mehraj.abbasov@genres.az

           mehraj_genetic@yahoo.com 

 


 

 

Valeh Əli oğlu Əsədov
Ümumi işlər üzrə
Tel.: (994 12) 5629541

E-mail: valeh.asadov@genres.az