STRUKTURŞöbələrEkobotanika və sistematika

Struktur bölmənin rəhbəri: B.e.d. Aydın M.Əsgərov

 

 E-mail: askerov1@mail.ru  

 

 

 

 

 

 

 

 

B. e. d. A. Əsgərovun tədqiqtaları Qafqazın və o cümlədən Azərbaycanın ali bitkilərinin sistematikası, florogenezi və genetik fondunun mühafizəsi məsələlərinə aiddir.

A.Əsgərov, Qafqazın ali sporlu bitkilərini monoqrafik tədqiq etmiş, növdaxili sistematikasını işləyib hazırlamış, elm üçün 10 yeni növ, Qafqaz  üçün 2 yeni cins və 20 yeni növ, Azərbaycan florası üçün 2 yeni cins, 12 yeni növ aşkar etmişdir. A. Əsgərov florogenez nəzəriyyəsinə yenilik gətirmiş və Qafqazın pteridoflorasının genezisi və formalaşması yollarını müəyyən etmişdir.  Bu nəticələr nüfuzlu  rus jurnallarında 12 məqalə və “Папоротники Кавказа” (Elm, 2001)monoqrafiyasında nəşr olunmuşdur.

A.Əsgərov, elmi ekspedisiyalar və sistematik metodlarla Azərbaycan florasını təhlil etmiş və 3 cildli “Azərbaycanın ali bitkiləri” (Elm, 2005 – 2008) monoqrafiyasını yazmışdır. Azərbaycan florasının tədqiqinə aid son 60 ildə əldə edilmiş nəticələr onun “Azərbaycan florasının konspekti” (Elm, 2011) monoqrafiyasında öz əksini tapmış, buraya 51 fəsilə, 242 cins və 928 növ   əlavə edilmişdir.

A.Əsgərov, “Azərbaycanın Qırmızı kitabı” və “Rusiyanın Qırmızı kitabının” həmmüəllifi olmaqla orada 36 nadir növlərin xarakteristikasını vermişdir. A. Əsgərov AR Prezidenti yanında Elmin İnkişafı Fondunun qrand müsabiqəsinin layihə rəhbəri kimi 60 CR (

Criticalliy Endangered) növün biosistematikasını və ekoloji qiymətləndirilməsini vermişdir.A.Əsgərov, Azərbaycan florasının endemlərini, nomenklatur tiplərini və Astragalus cinsini monoqrafik tədqiq etmişdir. 

 

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

 

1. Bitki genetik ehtiyatlarının sistematik təhlili, növdaxili müxtəlifliyi, morfoloji, ekoloji, fitosenotik təhlili.

2. Bitki genetik ehtiyatlarına aid taksonların biotoplarının, ekoloji qruplarının, hündürlük qradientlərinin, həyat formalarının tədqiqi.

3. Ekoloji faktorlara çox həssas olan bitkilərin həm daxili qurluşunda (məs., ekoloji anatomiya), həm də xarici quruluşunda (məs., ekotiplər, ekomorflar) baş verən dəyişikliklərin tədqiqi.

4. Nadir və nəsli kəsilməkdə olan növlər, onların ekoloji qiymətləndirilməsi, bərpası üçün toxum və digər rüşeym plazması materiallarının toplanılması və mühafizə tədbirlərinin işlənib hazırlanması.

       Ekoloji botaniki və sistematik tədqiqatların nəticəsi  olaraq bitki genetik ehtiyatlarının təsnifatı işlənib hazırlanır, onların səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə strategiyalar müəyyən edilir.

Struktur bölmənin əsas elmi nəticələri:

Elmi ekspedisiyaların təşkili və müasir tədqiqat metodlarının tətbiqi nəticəsində Azərbaycan florasının mədəni bitkilərinin yabanı əcdadlarının orijinal təsnifatı işlənib hazırlanmış, mühüm ərzaq və kənd təsərrüfatı əhəmiyyətli cinslərə daxil olan növlərin bioekoloji xüsusiyyətləri tədqiq edilmiş, beynəlxalq standartlara uyğun herbari fondu yaradılmış, nadir və nəsli kəsilməkdə olan növlər ekoloji qiymətləndirilmiş, onların bərpası üçün tədbirlər sistemi işlənib hazırlanmış, toplanılmış germplazm materialları Azərbaycanın Mərkəzi Genbankına  təhvil verilmişdir.

Müasir metodlarla və elmi ekspedisiyalarla Azərbaycanın Böyük Qafqaz regionunda mədəni bitkilərin yabanı əcdadları üzrə 75 cinsə aid 298 növ aşkar edilmiş, onların 4 genofond qruplarına aid olması müəyyən  edilmişdir. Təhlil nəticəsində bir çox yeni növlər aşkar edilmiş və çoxsayda növlərin yeni yayılma sahələri tapılmışdır. Alınan nəticələr bir neçə monaqrafiya və məqalələrdə nəşr olunmuşdur: Azərbaycanın ali bitkiləri, l – III cildlər, Bakı 2005 – 2008 (A.M. Əsgərov); Azərbaycan florasının konspekti, Bakı Elm 2011. (A.M. Əsgərov); Azərbaycanın eх-situ bitki genetik ehtiyatlarının taksonomik tərkibinin təhlili. “Azərbaycan aqrar elmi”, 2009,

 3-4 (Z. Əkpərov, A. Məmmədov, A. Əsgərov); Böyük Qafqazın cənub – şərq hissəsinin mühüm ərzaq və kənd təsərrüfatı əhəmiyyətli bitki genetik ehtiyatlarının yabani sələflərinin tədqiqi. “AMEA Genetik Ehtiyatlar İnstitutu elmi əsərləri” III cild, Bakı 2011. (A.M. Əsgərov); Kritik təhlükə həddində olan (Critically endangered) ali bitkilərin biosistematik tədqiqi, mühafizəsi və in situ bərpasının elmi əsaslarının işlənib hazırlanması “AMEA Botanika insitutunun elmi əsərləri” XXXII cild, Bakı Elm 2012. (A.M.Əsgərov və b.);  Abşeron yarımadasında kritik təhlükə altında olan bəzi ali bitkilərin ekoloji qiymətləndirilməsi və yeni yayılma sahələri. “AMEA Məruzələr” LXVIII cild, Bakı Elm 2012. (A.M.Əsgərov və b.); Abşeron və Qobustanda ərzaq və kənd təsərrüfatı bitki genetik ehtiyatlarının yabanı sələfləri. “AMEA Botanika insitutunun elmi əsərləri” XXIX cild, Bakı Elm 2009 (Z. Əkpərov, A. Əsgərov, İ. Qədirov və b.). Biologiya elmləri doktoru A.M.Əsgərov

 

Xaricdə çıxan məqalələr>>>

 

FOTO

 


İşçilərin ümumi sayı 7:


Tural Cavadzadə

E-mail:

Telefon:

 

 

 

 

 

 

 


 

 

 

2. G.Ş.Quliyeva b.lab.

3. N.Y.Məcidova b.lab.

4. X.M.Əzizxanlı k.e.i.

5. K.V.Əsədova  k.e.i.

6. V.M.Güvəndiyev  k.e.i.

7. N.B.Yaqubova  k.e.i.