STRUKTURŞöbələrTərəvəz və bostan bitkiləri

Laboratoriyada müdiri: b.e.n. Həsənov Sabir Ramazan oğlu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Laboratoriyada 2 böyük elmi işçi (Ə.H.Babayev k/t e.d., Ç.T.Namazova b.e.n.) , 2 kiçik elmi işçi (N.Ə.Quliyev, A.Ə.İsgəndərova)  fəaliyyət göstərir.

          Son beş ildə laboratoriya tərəfindən pomidorun 3 yerli seleksiya sortu, 16 introduksiya sortu və 12 yerli sort-formasının toxumları artırılmış, onların içindən 2 daha perspektiv nümunə seçilmişdir.

          Bibərin 4 yerli seleksiya sortu, 14 introduksiya sortu və 6 yerli sort-formasının toxumları artırılmış, 4 perspektiv sort-forma seçilmişdir.

          Badımcanın 4 yerli sort-forması və 8 introduksiya sortunun toxumları artırılaraq kolleksiyaya daxil edilmişdir.

          Yabanı soğanların 12 növünün əkin materialı (soğanaqları), baş soğanın 4 yerli sortunun toxumları toplanmış, 2 sort və 4 yabanı növ sitogenetik analiz edilmişdir.

Səbzə-tərəvəzlərin (bir illik) yerli populyasiyalarının toxumları toplanılaraq kolleksiyaya daxil edilmişdir.

Bostan bitkilərinin vaxtilə Respublikada becərilən yerli və intoduksiya sortlarının və hibridlərinin toxumları əldə edilmiş, artırılaraq uzunmüddətli saxlanmaq üçün təhvil verilmişdir. (Qarpız 4, Qabaq 3, Yemiş 18).