XƏBƏRLƏR
19:05, 24.02.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutuda “Xocalı soyqırımı” ilə bağlı anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) böyük akt zalında 2023-cü il 24 fevral tarixində “Xocalı soyqırımı-Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsidir” mövzusunda anım tədbiri keçirilib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkpərov XX əsrdə xalqımıza qarşı edilmiş qətliyamlarla, erməni terrorizmi nəticəsində on minlərlə dinc əhalinin, soydaşlarımızın qətlə yetirilməsi haqda danışıb. Xalqımıza, türk millətinə qarşı ermənilər tərəfindən planlı olaraq həyata keçirilmiş XX əsrin faciəsi olan qətliyamlarla bağlı çıxışlardan sonra Xocalı soyqırımı videoçarxı nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatik siyasəti nəticəsində güclü ordumuzun mövcudluğu, xalqımızın və türk millətinin möhkəm birliyi, əsgər və zabitlərimizin şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsinin Böyük Zəfərlə başa çatması ilə Xocalı şəhidlərinin, 20 yanvar, 1-ci və 2-ci Qarabağ müharibələrinin, habelə ölkə ərazisinin işğal altında olduğu müddətdə ermənilər tərəfindən qətlə yetrilmiş şəhidlərimizin qanı yerdə qalmadı. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları daima şad olsun!

 

 

FOTO>>>

 

© www.genres.az