XƏBƏRLƏR
19:16, 19.02.2023
ETN-nin Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları beynəlxalq tədbirdə iştirak etdilər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik ehtiyatlar institutunun (GEİ) icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov, Milli Genbank şöbəsinin rüşeym plazması laboratoriyasının müdiri, b.ü.f.d. Sevinc Ə. Məmmədova və Milli Genbank şöbəsinin Məlumat bazası qrupunun baş mütəxəssis, b.ü.f.d. İlhamə Mirzəliyeva “Qlobal Etimad Fondu və BOLD Layihəsi” tərəfindən təşkil olunmuş onlayn formatda 2023-cü il 15 fevral tarixində keçirilən təlimdə iştirak ediblər. BGE üzrə Qlobal Etimad Fondunun beynəlxalq eksperti Dr. Janny van Beemin milli genbankların fəaliyyətlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr olunan “Genbankın Əməliyyat Xəritəsinin yaradılması: Standart əməliyyat prosedurlarının xəritələşdirilməsi və müəyyən edilməsi” təqdimatından sonra sual-cavablarla geniş müzakirələr aparılıb. Təlimdə 15 ölkədən 37 mütəxəssis iştirak edib. İştirakçılara müvafiq setifikatlar təqdim olunub.

 

 

FOTO>>>

 

© www.genres.az