XƏBƏRLƏR
22:16, 06.01.2023
Genetik Ehtiyatlar İnstitutu yeni ilin ilk günlərində yeni uğurlar üçün imza atdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu(GEİ) və Türkiyə Respublikası Ege Universitetinin Toxum Texnologiyası Mərkəzi (TTM) arasında 06 yanvar 2023-cü il tarixində 5 il müddətinə “Akademik Əməkdaşlıq üçün Ümumi Müqavilə” imzalandı. Müqaviləni GEİ-nin baş direktoru , AMEA-nın müxbir üzvü , prof. Zeynal Əkpərov və TTM-nin vitse-direktoru, prof. Dr.Behiç TEKİN imzaladılar. İkitərəfli əməkdaşlıq sahəsində həyata keçirilməsi nəzərdə tutulan kadr və tələbə mübadiləsi, kooperativ təhsil və təlim, kooperativ tədqiqat və informasiya mübadiləsi fəaliyyətləri ehtiva olunan müqavilənin müddəti 5 ildir. Yeni ilə yeni ruh yüksəkliyi ilə daxil olan GEİ, uğurların davamlı və məhsuldar olsun! Amin!