XƏBƏRLƏR
12:31, 14.12.2022
Genetik Ehtiyatlar İnstitutunun Elmi əsərlərinin növbəti sayları nəşr olundu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Elmi Əsərləri (Cild XI , №1-2, 2022) Elmi Şuranın qərarı ilə (2022-ci il, 11 noyabr tarixli 12 nömrəli protokol) nəşr olunmuşdur.

Elmi Əsərlər (ISSN 2223-5817, Online - 2790-7988) Azərbaycanın ilk elmi jurnalı olaraq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistemində (AGRIS) 25.03.2022-ci il tarixdə indeksləşdirilmiş və xüsusi identifikasiya kodu almışdır.

Kənd təsərrüfatı elmi və texnologiyası üzrə 12 milyondan çox strukturlaşdırılmış biblioqrafik qeydləri, qlobal ictimai məlumat bazasına malik, 65 ölkədən 150-dən çox iştirakçı qurumların, akademik institutlar, nəşriyyatlar, dövlət orqanları, milli və beynəlxalq təşkilatların informasiyalarının daxil olduğu, 1975-ci ildən fəaliyyət göstərən, 400000-dən çox tədqiqatçı və mütəxəssisin yararlandığı AGRIS, biologiya və aqrar elmləri sahəsində Dünyanın əsas informasiya bazalarından biri hesab edilir.

Öz elmi və elmi təşkilatı fəaliyyətində əldə etdiyi nailiyyətlər üzrə keçmiş ənənələrinə sadiq olan, 2022-ci ili də yüksək nailiyyətlərlə başa vuran GEİ-nin bütün alimlərini və mütəxəssislərini, digər aidiyyatı qurumların müvafiq elmi müəssisələrinin elmi tədqiqatçılarını AGRIS Bazasında indeksasiya edilmiş, GEİ-nin Elmi Əsərlərinin ilk dəfə işıq üzü görməsi, nəşr olunması və yaxınlaşmaqda olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni, 2023-cü təqvim ili münasibətilə təbrik edir, can sağlığı şəraitində elmi yaradıcılıq fəaliyyətində hər birinə yeni-yeni uğurlar arzulayırıq