
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu (GEİ), AgroDev MMC və İslam İnkişaf Bankının nəzdində fəaliyyət göstərən “Kənd Təsərrüfatı Bioşoranlaşması üzrə Beynəlxalq Mərkəz”in (ICBA) təşkilatçılığı ilə GEİ-də 2022-ci il, 19-23 dekabr tarixlərində “ Azərbaycanda şoranlaşmış ərazilərin xəritələşdirilməsi, kənd təsərrüfatı bitkilərinin davamlılığının qiymətləndiirlməsi və istifadəsi ” mövzusunda seminar keçiriləcəkdir. Seminarda GEİ və AqroDev şirkətinin mütəxəssisləri ilə yanaşı, ICBA-nın "Torpaqşünaqlıq", “Su və Suvarma İdarəçiliyi” , və “Bitkilərin Diversifikasiyası və Genetikası üzrə Proqram” üzrə məsul şəxslərinin mühazirələri dinləniləcək, kənd təsərrüfatı bitkilərinin şoranlığa davamlılığının tədqiqi üzrə perspektiv əməkdaşlıq layihələri müzakirə ediləcəkdir.