XƏBƏRLƏR
16:58, 04.10.2022
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Almaniyada elmi ezamiyyətdə olmuşdur

Azerbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Molekulyar genetika və genomika şöbəsinin kiçik elmi işçisi Şəlalə Abdulrəhimli 5 sentyabr 2022-ci il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək kök hüceyrəsinin tədqiqatı sahəsində təkmilləşmə və yeni üsulların mənimsənilməsi məqsədilə Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb Fakültəsində elmi ezamiyyətdə olmuşdur. Ş.Abdulrəhimli ezamiyyədə olduğu müddətdə, GEİ-də fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən kök hüceyrəsi laboratoriyasının şəraiti və aparılan müvafiq tədqiqatlar haqqında həmkarlarını məlumatlandırmışdır. O, Mannheim Tibb Fakültəsində kök hüceyrəsi üzrə aparılan elmi tədqiqat işləri və yeni müasir müvafiq metodlarla yaxından tanış olmuş, eləcə də kulturada hüceyrələrin yetişdirilməsi, müxtəlif tərkibli kultura mühitlərinin hazırlanması, əldə olunan hüceyrələrin dondurulması metodikaları və s. yenilikləri mənimsəmişdir.

GEİ və Heydelberq Universiteti arasında kök hüceyrəsinin tədqiqatı istiqamətində birgə əməkdaşlıq məqsədilə Ş. Abdulrəhimlinin 12 ay müddətinə yenidən Almaniyaya ezam olunması üçün hər iki qurum arasında razılıq əldə olunmuşdur.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Qartal” Dağçılıq İdman Klubunun təşkil etdiyi Böyük Qafqaz dağ silsiləsinin Heydər zirvəsinə 07 may 2022-ci il tarixdə keçirilən yürüşdə, qeyri-əlverişli mühit şəraitində Qızılqaya massivi üzərində 3751 metr yüksəklikdə yerləşən adıgedən zirvəyə ilk onluqda qalxan Şəlalə Abdulrəhimlinin 2023-cü il “Heydər Əliyev ili”ndə isə kök hüceyrələrinin tədqiqatı sahəsində özünəməxsus yüksək təcrübələri və nailiyyətlərləri ilə Almaniyadan uğurla qayıdacağına inanırıq. GEİ-nin gənc elmi tədqiqatçısı, Şəlalə Abdulrəhimliyə bu yolda müvəffəqiyyətlər arzulayırıq!

 

FOTO>>>

 

© www.genres.az