XƏBƏRLƏR
10:38, 11.05.2022
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Quba bölgə təcrübə bazasında monitorinq keçirilmişdir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Baş meneceri b.ü.f.d. Rafail Mahmudov və Meyvəçilik şöbəsinin müdiri a.e.ü.f.d. Mirzə Musayev 05-06 may 2022-ci il tarixlərində Quba bölgə təcrübə bazasında(QBTB) ezamiyyədə olmuşlar. Bazanın mövcud meyvə tingliyinin genofondunun qiymətləndirilməsi məqsədilə monitorinq keçirilmişdir. QBTB-nin müvafiq mövzular üzrə icraçıları bölgədə meyvə bitkiləri genofondunun zənginləşdirilməsi, qiymətli mədəni və yabanı formaların öyrənilməsi, bioloji-təsərrüfat xüsusiyyətləri göstəricilərinin qiymətləndirilməsi, bazada yaradılmış tinglik, calaq olunmuş xalq seleksiyası sortları, calaqaltı və toxmacalar barədə məlumat vermişlər. Quba-Xaçmaz iqtisadi rayonunda son illərdə salınmış yeni meyvə bağlarının yerli və introduksiya olunmüş sortlarının bölgə üzrə yerləşməsi xəritəsinin tərtib olunması məqsədilə mədəni meyvə bitkilərinin yerli və prespektiv məhsuldar sortlarının mühafizəsinin davamlılığının təmin olunması üçün ixtisaslaşmış tingliklərin, sertifikatlı ting istehslı ilə məşğul olan təsərrüfatların yaradılmasının vacibliyinin təşviq olunması icraçıların nəzərinə çatdırılmışdır. Bununla belə, tingliklərin müxtəlif tumlu, çəyirdəkli iki və üçillik meyvə tinglərinin yayılma koordinatlarının uçotunun aparılmaqla institutun digər bölgələrdə olan aidiyyatı tədqiqat bazalarına köçürülməsi, yeni meyvə bağları salan mülkiyyətçilərə verilməsinə dair məlumatların Milli Genbankın məlumat bazasında yerləşdirilməsi tövsiyə olunmuşdur.

 

FOTO>>>

 

© www.genres.az