XƏBƏRLƏR
10:15, 05.05.2022
AMEA Genetik Ehtiyatlar İnstitutunda “Elm günü” ilə bağlı tədbirlər davam etdirildi

AMEA Genetik Ehtiyatlar İnstitutu üçün 2022-ci ilin aprel ayı, Ramazan ayı da uğurlu olmuşdur. AMEA-da 27 aprel 2022-ci il tarixdən başlayaraq 2021-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinin yekunları və Azərbaycanda “Elm günü” ilə bağlı təşkil olunmuş sərgidə institutun nailiyyətləri müvafiq eksponatlarla və fəaliyyətini video slaydlarla fasiləsiz olaraq əks etdirən 7 dəqiqəlik roliklə AMEA Biologiya və Tibb Elmləri Bölməsi üçün ayrılmış xüsusi yerdə, Genetik Ehtiyatlar İnstitutunun guşəsində uğurla nümayiş etdirilmişdir. İnstitutun əməkdaşı, kitabxananın müdiri Çimnaz Heydərova sərgi müddətində ayrı-ayrı qurumlardan olan sərgi ziyarətçilərini nümayiş etdirilən eksponatlarla, institutun əldə etdiyi nailiyyətlərlə məlumatlandırmış, onların suallarını cavablandırmışdır. “Elm günü” münasibəti ilə GEİ-nin 47 əməkdaşı 2021-ci ildə əldə etdikləri nailiyyətlərinə görə institutun Fəxri fərmanları ilə, professor Ramiz Əliyev isə elmi və elmi-təşkilati fəaliyyətində fərqləndiyinə görə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunmuşdur. İnstitutun İmmunogenetika şöbəsinin doktorantı Əminə Rəkidə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən “Lomonosov-2019” tələbələr, doktorantlar və gənc alimlərin XXVI beynəlxalq elmi konfransında “SSR markerlərdən istifadə etməklə Azərbaycanda yayılmış ərik nümunələrinin (Prunus armeniaca L.) genetik müxtəlifliyinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib və müvafiq sertifikata layiq görülüb. Uğurlarınız davamlı olsun, institut əməkdaşları, tədqiqatçıları!

 

FOTO>>>

 

© www.genres.az