XƏBƏRLƏR
09:39, 04.05.2022
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində müasir biologiyada son illərdə əldə olunmuş nailiyyətlərin müzakirəsinə həsr olunacaq Beynəlxalq elmi konfrans keçiriləcəkdir

HÖRMƏTLİ HƏMKAR,

 

2022-ci il oktyabr ayının 12-14 tarixlərində Bakı Dövlət Universitetinin Biologiya fakültəsində müasir biologiyada son illərdə əldə olunmuş nailiyyətlərin müzakirəsinə həsr olunacaq “Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda XI Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Beynəlxalq Elmi Konfransın keçirilməsində əsas məqsəd müasir biologiyanın fundamental və tətbiqi sahələrində tədqiqatçılar tərəfindən əldə edilmiş elmi nailiyyətlərin təqdim olunması, müzakirəsi üçün real imkanın yaradılmasıdır ki, bu da elmi mübadilənin reallaşmasına, təhsil ilə elmi tədqiqatların əlaqələndirilməsinə, bu sahədəki bilik və bacarıqların optimallaşdırlmasına və elmi əlaqələrin genişlənməsinə xidmət edəcəkdir.

Konfransda iştirak etmək üçün materiallar yalnız ingilis dilində tərtib olunmaqla 06.06.2022-ci il tarixinədək təşkilat komitəsinə acb2022@bsu.edu.az e-mailinə göndərilməklə və ya http://acb2022.bsu.edu.az/ elektron səhifəsində uyğun bölməyə (Submit Abstract Form) yükləməklə təqdim olunmalı və müəlliflər həmin səhifədə uyğun bölmədə (SUBMISSION ABSTRACT FORM) qeydiyyatdan keçməlidirlər. Konfrans haqqında məlumatlarla və təqdim olunacaq materialların tərtibat qaydaları ilə http://acb2022.bsu.edu.az/ elektron səhifəsinə (website) daxil olmaqla ətraflı tanış ola bilərsiniz. Təşkilat komitəsi tərəfindən qəbul olunmuş bütün materiallar ödənişsiz olmaqla toplu şəklində çap olunacaqdır.

 

Hörmətlə,

 

TƏŞKİLAT KOMİTƏSİ: Bakı Dövlət Universiteti, Biologiya fakültəsi

Əlaqə nömrələri: (+994 50) 350-27-27, (+994 12) 539-10-91 e-mail: acb2022@bsu.edu.az