XƏBƏRLƏR
20:16, 26.12.2021
AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Şurasının Fəlsəfə doktoru və Elmlər doktoru hazırlığı üzrə doktorantlar və dissertantların attestasiyasına dair növbəti iclası keçirildi

AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru Zeynal Əkpərov 24 dekabr 2021-ci il tarixdə karantin qaydalarına əməl olunmaqla keçirilən Elmi Şuranın iclasında toplantı iştirakçılarını salamladı, onları iclasın gündəliyi ilə tanış etdi. Elmi Şuranın iclasının keçirilməsi əsasən Fəlsəfə doktoru və Elmlər doktoru hazırlığı üzrə doktorantlar və dissertantların attestasiyasının aparılması ilə bağlı idi. İlk olaraq Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar və Fəlsəfə doktoru hazırlığı üzrə dissertantların attestasiyası keçirildi. İddiaçılar görülmüş işlər barədə hesabat verdilər.Daha sonra Elmlər doktoru hazırlığı üzrə doktorantlar və Elmlər doktoru hazırlığı üzrə dissertantlar gördüyü işlər haqqında məlumat verdilər. Şuranın sədiri Zeynal Əkpərovun və b.ü.f.d. Mehrac Abbasovun, b.ü.f.d. Rəfail Mahmudovun və Şuranın digər üzvlərinin sualları iddiaçılar tərəfindən aidiyyəti üzrə cavablandırıldı. Bununla belə, Zeynal Əkpərov bütün iddiaçılara müvafiq dissertasiya mövzuları ətrafında suallar verməklə yanaşı, həm də dissertasiya işləri yekunlaşmaq üzrə olan doktorant və dissertantlardan müəyyən vaxtda dissertasiya işini təhvil vermələrini tələb etdi. Gündəlikdə duran Doktorant və dissertantların tədqiqat metodikalarının müzakirəsi və təsdiqi, 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının və fərdi işləri haqqında məsələlər də müzakirə edildikdən sonra, Zeynal Əkpərov iddiaçıların attestasiyadan keçdiklərini elan etdi və tədqiqatçılara gələcək işlərində uğurlar arzuladı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni-2022-ci il münasibətilə institutun kollektivinin bütün üzvlərini təbrik elədi.

 

FOTO>>>

 

© www.genres.az