XƏBƏRLƏR
00:30, 17.11.2021
Karantin qaydalarına əməl olunmaqla 16 noyabr 2021-ci il tarixdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasında şöbələrin illik hesabatlarının müzakirəsi davam etdirildi.

AMEA Genetik Ehtiyatlar İnstitutunun Fizioloji genetika, Biokimyəvi genetika ve texnologiya, İmmunogenetika şöbələrinin 2021-ci il üzrə hesabatlarının Elmi Şurada müzakirəsi 16 noyabr tarixində geniş müzakirə olundu. Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov təqdimat üçün ilk olaraq sözü b.e.d., professor Ramiz Əliyevə verdi. Professor Ramiz Əliyev mövzu planına uyğun olaraq il ərzində ayrı-ayrı mərhələlər üzrə görülmüş işləri xronoloji ardıcıllıqlarla dinləyicilərin nəzərinə çatdırdı. Təqdimatdan sonra mövzunun yerinə yetirilməsi ilə bağlı elmi şura üzvlərinin verdiyi suallar ətraflı olaraq cavablandırıldı. Hesabat yekdilliklə qəbul edildi. Növbəti təqdimatçı Biokimyəvi genetika və genomika şöbəsinin müdiri, b.ü.f.d. Hamlet Sadıqov da il ərzində görülmüş işlər haqqında məlumatları slaydlarla tədbir iştirkçılarının nəzərinə çatdırdı. Şöbənin təqdim olunan nəticələri ilə yanaşı, ən yüksək nailiyyəti isə uzun illər ərzində b.ü.f.d. Hamlet Sadıqovun gərgin fiziki və mənəvi-zehni əməyinin nəticəsi olaraq elmlər doktoru dissertasiyasını yüksək səviyyədə cari ildə müvəffəqiyyətlə müdafiə etməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 12 noyabrda keçirilən müsahibədə müdafiənin nəticəsi uğurla qəbul olunmuşdur. Təqdimatının sonunda Şura üzvlərinin şoxsaylı sualları cavablandırıldı və hesabat yekdilliklə qəbul edildi. İmmunogenetika şöbəsinin müdiri, b.ü.f.d. Elçin Hacıyev pandemiya ilə bağlı ölkədə ciddi karantin tədbirlərinin tətbiq edilməyinə baxmayaraq şöbənin əməkdaşlarının mövzu planına uyğun olaraq mərhələləri lazımi səviyyədə yerinə yetirdiklərini slayt formasında əhatəli olaraq müfəssəl şəkildə dinləyicilərin nəzərinə çatdırdı. Hər bir təqdimatın sonunda mövzunun ayrı-ayrı mərhələlərinin icrası ilə bağlı verilmiş suallar iddiaçılar tərəfindən cavablandırıldı. Eimi işlər üzrə direktor müavini Mehrac Abbasov hesabatların bir gün öncə müzakirəsi zamanı dinlənildiyini və müəyyən iradların və tövsiyyələrin gələcək tədqiqatların aparılması zamanı nəzərə alınmasının vacib olduğunu da icraçıların nəzərinə çatdırıldığını bildirdi. Bununla belə, müzakirələrdə qarşılıqlı olaraq Elmi Şuranın üzvləri Professor Ramiz Əliyev, b.ü.f.d Hamlet Sadıqov, b.ü.f.d Rafail Mahmudov, b.ü.f.d Sabir Həsənov və b.ü.f.d Vəli Qarayev, həm də müəyyən irad və tövsiyələrini bildirməklə çıxış etdilər. Elmi Şuranın sədri Zeynal Əkpərov hər bir hesabatın sonunda öz tənqidi mövqeyindən çıxış edərək, gələcək tədqiqatlarda mövzular yerinə yetirilərkən mərhələlərinin nəticələrinin daha çox elmi praktikliyinə və tətbiqinə üstünlük verilməsinin nəzərə alınmasını icraçılardan tələb etdi. Bununla belə, elmi şura üzvlərinin də yekdil rəylərinin nəzərə alınaraq hesabatların qəbul olunmasını və bununla da iclasın sona çatdığını bildirdi. İnstitutda hesabatların müzakirəsi davam edir.

 

FOTO>>>

 

© www.genres.az