XƏBƏRLƏR
20:14, 06.10.2021
II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçiriləcək

8-10 noyabr 2021-ci il tarixlərində Zəfər günü və şəhidlərin xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçiriləcək.

Konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universiteti, Türkiyə tərəfindən isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

Konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən bir sıra tanınmış alim və mütəxəssislər daxildir.

Tezislərin son göndərilmə tarixi 21 oktyabr 2021-ci ildir. Tezislər karabagkongresi@gmail.com ünvanına göndərilməlidir.

Konqresin elmi istiqamətləri:

- Riyaziyyat;

- Mühəndislik;

- Fizika, kimya, biologiya, ətraf mühit elmləri;

- Coğrafiya;

- Tibb elmləri;

- İdman elmləri;

- Kənd təsərrüfatı elmləri;

- Baytarlıq elmləri;

- Təhsil elmləri.

Tezisin yazı qaydaları:

- Hər tərəfdən kənar boşluqlar 2,5 sm, şrift Times New Roman, 12 pt, sətir aralığı 1.00 sm;

- Ad böyük hərflərlə, açar sözlər 3-5, tezislər 200-300 söz aralığında;

- Tezislər ingilis dilində yazılmalıdır;

- Müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri verilməlidir.

Konqresdə təqdimat Azərbaycan, türk və ingilis dillərində ola bilər.

 

© www.science.gov.az