XƏBƏRLƏR
16:34, 23.09.2021
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Genetika” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov imtahanın keçirilmə qaydası haqqında məlumat vermis və bildirmişdir ki, imtahan AMEA Rəyasət Hetətinin qərarı ilə təsdiq edilmiş “Genetika” ixtisası üzrə test sualları əsasında keçirilir. İmtahanda komissiyanın üzvləri – b.ü.f.d., dosent Mehrac Abbasov, b.e.d., prof. Ramiz Əliyev, b.e.d., dosent Aybəniz Əliyeva, b.e.d., dosent Afət Məmmədova, b.ü.f.d., dosent Hamlet Sadıqov və b.ü.f.d. Vüsalə İzzətullayeva iştirak etmişdir. İki saat ərzində keçirilən imtahan nəticəsində iddiaçı Ləman Qalib qızı Rəsulova 78 bal toplamış və onun nəticəsi yaxşı qiymətləndirilmişdir. İmtahanda AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə də iştirak etmişdir.

 

FOTO>>>

 

© www.genres.az