XƏBƏRLƏR
13:35, 24.01.2021
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının Rusiya Federasiyasının tanınmış jurnalında məqaləsi yayımlanmışdır.

AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının (b.ü.f.d. dosent Xanbala Rüstəmov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və b.ü.f.d. dosent Mehrac Abbasov) “Адаптивный потенциал сортов пшеницы твердой (Triticum durum Desf.) Азербайджана” adlı məqaləsi N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutunun tətbiqi botanka, genetika və seleksiya üzrə elmi jurnalında dərc olunmuşdur. Məqalə bərk buğdanın Azərbaycanda yaradılmış qədim yerli, xalq və elmi seleksiya sortlarının adaptivlik potensialının müxtəlif aqroiqlim şəraitlərində tədqiqi üzrə aparılan uzunmüddətli tədqiqatların nəticələri əsasında hazırlanmışdır. Jurnal Rusiya Federasiyasının bitki genetik ehtiyatları üzrə ən tanınmış və ən çox oxunan jurnallarındadır.

Məqalənin nəşri münasibətilə müəllifləri təbrik edir və onlara daha böyük elmi uğurlar arzulayırıq.