XƏBƏRLƏR
13:55, 23.06.2020
AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında taxıl sortlarının yığımı yekunlaşır

AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında (Tərtər rayonu) dənli taxıl bitkilərinin seleksiyası və toxumçuluğu üzrə müxtəlif pitomniklərdə, o cümlədən müsabiqəli sort sınağı, rayonlaşdırılmış sortların toxumçuluğun birinci manqası və toxum pitomnikində tarla təcrübələrinin yığımı yekunlaşmaq üzrədir.

Bundan başqa, ötən, 2019-cu ildə rayonlaşdırılmış ‘Maya’ bərk buğda, ‘Start’ yumşaq buğda sortlarında, aprobasiya işləri yekunlaşdıqdan sonra artırma və superelit toxum almaq məqsədi ilə səpilmiş ilkin toxumçuluq əkinlərinin yığımı da davam etdirilir. Qeyd etmək lazımdır ki, Genetik Ehtiyatlar İnstitutunun alimlərinin Qarabağ Elmi Tədqiqat Bazasında yaratdıqları ‘Cənub’, ‘Almaz’, ‘Xəmsə’, ‘Leyla’, ‘Alyans’ və digər bərk və yumşaq buğda sortlarının Dövlət sort sınağı uğurla davam edir.

 

>>>FOTO
 

 © www.genres.az