XƏBƏRLƏR
12:06, 11.06.2020
AMEA Genetik Ehtiyatları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov tərəvəzçiliklə bağlı keçirilən elmi-praktik konfransın açılış mərasimində çıxış etmişdir
10 iyun 2020-ci il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda çıxış etmişdir.
Z.Əkpərov çıxışında yeni sortların yaradılmasında milli genetik ehtiyatlardan istifadənin vacibliyindən, həmçinin müasir biotexnoloji üsulların tərəvəzçilikdə də tətbiqi imkanlarından danışmışdır. O, həmçinin AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən elmi əməkşadlığın gücləndirilməsinin əhəmiyyətini də vurğulamışdır.
Konfransda, həmçinin institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Mehrac Abbasov və Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, b.ü.f.d. Ayaz Məmmədov da iştirak etmişdir.
 
www.genres.az