XƏBƏRLƏR
10:58, 13.03.2020
AMEA Genetik Ehtiyatlar İnstitunun Elmi Şurasında koronovirusla bağlı tədbirlərin görülməsi qərara alındı

AMEA Genetik Ehtiyatlar İnstitunun Elmi Şurasının növbəti iclası keçirildi. İlk öncə İnstitutun şöbə və laboratoriyalarının 2020-ci il üzrə iş planları, institutun 2020-2025-ci illər üzrə inkişaf proqramı və ona uyğun hazırlanmış konsepsiya müzkirə olunaraq təsdiq edildi. Sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzalandığı sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı qərar qəbul edildi. İnstitutun tibb məntəqəsinin fəaliyyəti gücləndiriləcək və əməkdaşların ilkin tibbi yoxlamaları həyata keçiriləcək.

 

 

>>>FOTO

 

© www.genres.az