XƏBƏRLƏR
16:21, 17.01.2019
AMEA Genetik Ehtiyatlar İnstitutu ilə SN Respublika Taun Əleyhinə Stansiyası arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Səhiyyə Nazirliyinin (SN) S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyası (RTƏS)  arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən Azərbaycanda yoluxucu xəstəliklərin insan və kənd təsərrüfatı heyvanlarında yayılmasının bioloji, ekoloji və ictimai-sosial xüsusiyyətlərinin öyrənilməsi, xəstəlik törədicilərinin genetik müxtəlifliyinin ölkə üzrə müəyyənləşdirilməsi, həmçinin onların bioloji, ekoloji və ictimai-sosial amillərlə bağlılığının öyrənilməsi, izlənilməsi, uçota alınması, mübarizə üsullarının hazırlanması və müvafiq sahədə digər elmi-tədqiqat müəssisələrilə əməkdaşlığı təşkil etmək və qrant layihələrdə birgə iştirakı dəstəkləmək nəzərdə tutulmuşdur.

Müqavilə AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və SN RTƏS-in direktoru Tahir  Vəliyev  tərəfindən imzalanmışdır.

 

FOTO>>>

 

© www.genres.az