
Genetik Ehtiyatlar İnstitutunun gənc alimi Mirzəliyeva İlhamə Akif qızı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus Mundus Programının Cənubi Qafqaz üzrə ALRAKIS Fəaliyyət 2, 2012-2013 növbəti müsabiqəsinin qalibi olub. Bu məqsədlə o, hal-hazırda Estoniyanın Tallin Universitetinin İnformatika İnstitutunda Mübadilə Proqramı çərçivəsində "Bitki genetik ehtiyatlarının məlumat bazasının yaradılması, onun etibarlı saxlanması və əlverişli istifadəsi" movzusunda tədqiqat işi aparır.Tədqiqatın müddəti 1 ildir. Məqsəd ən muasir kompyüter proqramları vasitəsilə bitki genetik ehtiyatlarınınyeni məlumat bazasını yaratmaq, həmin bazanın elmi məqsədlərlə seleksionerlər üçün daha da əlverişli istifadəsini təmin etmək və müəyyən analizlər etmək imkanı yaratmaqdır.