XƏBƏRLƏR
10:21, 01.09.2018
Azərbaycan Dövlət Pedaqoji Universitetinin himayəsi ilə təşkil olunan Pedaqoji Forumun növbəti V dinləməsi olacaqdır

Azərbaycan Dövlət Pedaqoji Universiteti

E L A N

 

Hörmətli xanımlar və cənablar !

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin himayəsi ilə təşkil olunan Pedaqoji Forumun növbəti V dinləməsi olacaqdır. Bu görüşdə tanınmış Azərbaycanlı alim, Böyük Britaniyanin Kembric Universitetinin MRC Molekulyar Biologiya Tədqiqat İnstitutunda qrup rəhbəri, professor Qərib Mürşüdov məruzə edəcəkdir.

Arzu edən təhsil mütəxəssislərini, müvafiq sahədə tədqiqatlar aparan alimləri və pedaqoji ictimaiyyətin nümayəndələrini öncədən qeydiyyatdan keçməklə  bu forumda iştirak etməyə dəvət edirik.

Forumun keçirildiyi tarix, saat və yer:

5 sentyabr 2018-ci il, saat 11:00-da

ADPU, I tədris binası (AZ 1000, Bakı çəhəri, Üzeyir Hacıbəyli küçəsi, 68), II mərtəbə, Heydər Əliyev Lektoriyası.

 

Qeydiyyatdan keçmək qaydası:

Qeydiyyatdan keçmək üçün prorektor_tedris@adpu.edu.az  e-poçt ünvanına və ya telefonla (012 493 35 05) zəng edilib qeydiyyatdan keçmək kifayətdir.

 

 

Pedaqoji Forumun Katibliyi