XƏBƏRLƏR
18:10, 22.05.2018
Əkinçilik Elmi Tədqiqat İnstitutunun Milli səyyar seminarının iştirakçıları AMEA Genetik Ehtiyatlar İnstitutunda səfərdə olmuşlar

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutundaƏkinçilik Elmi Tədqiqat İnstitutunun (ƏETİ) Milli səyyar seminarının iştirakçıları səfərdə olmuşdur.

Seminar Azərbaycan və Türkiyə Respublikaları Kənd Təsərrüfatı Nazirlikləri, ƏETİ, CİMMYT və İCARDA-nın birgə təşkilatçılığı əsasında təşkil olunmuşdur. Səyyar seminarda ƏETİ-nin elmi kollektivi, AMEA və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları ilə bərabər CİMMYT və İCARDA-nı təmsil edən mütəxəssislər də iştirak edirlər. Sözügedən seminarın keçirilməsində əsas məqsəd Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində payızlıq buğdaların genetik ehtiyatlarının tədqiqi, müxtəlif aqroiqlim şəraitlərinə adaptasiya olunmuş sortların seçilməsi, bitkilərin mühafizəsinin optimallaşdırılması və digər fəaliyyətlərin intensivləşdirilməsidir.

 AMEA GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov seminar iştirakçılarını salamlamış, İnstitutda genetik ehtiyatların toplanması, qorunması və kompleks qiymətləndirilməsi haqqında onlara məlumat vermiş, gələcəkdə ƏETİ, CİMMİT və İCARDA ilə əlaqələrin daha da genişləndirilməsi, birgə kadr hazırlığı və s. mövzularda əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bildirmişdir. İştirakçılar Milli Genbank və Biotexnologiya şöbələrində aparılan tədqiqat işləri ilə tanış olmuş və İnstitutun kolleksiya pitomnikində becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçirmişlər.

Növbəti günlər ərzində seminar iştirakçıları Əkinçilik ET İnstitutunun Qobustan və Tərtər BTS-də Milli seleksiya və İWWİP proqramı çərçivəsində dəmyə və suvarma şəraitində payızlıq buğdalara aid tarla təcrübələri, stansiyanın ilkin toxumçuluq fəaliyyəti ilə tanış olacaqlar.

 

 

FOTO>>>

 

©  www.genres.az