XƏBƏRLƏR
10:56, 01.08.2017
Azərbaycanlı alim Çində beynəlxalq konqresdə ölkəmizdə olan ağac və kolların müasir vəziyyətindən danışıb

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Çinin Şenzen şəhərində keçirilən XIV beynəlxalq botanika konqresində iştirak edib. 

Tofiq Məmmədov konqresdə “Azərbaycanın endem, nadir, nəsli kəsilməkdə olan ağac və kollarının müasir vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

©www.science.gov.az