
21:18, 13.07.2017
AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir
AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən 2018-2019-cu illər üçün müştərək layihə müsabiqəsi elan edilir.
Layihə təklifləri aşağıdakı sahələr üzrə təqdim edilməlidir:
- Aqrar elmlər;
- Biotibb;
- Farmakologiya.
Layihə təklifləri 14 iyul 2017-ci il tarixindən 15 sentyabr 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən qəbul edilir. Layihələrin elektron variantı narmina.ask@gmail.com ünvanına göndərilməlidir.
Tel.: (+994 12) 492 54 93.
© www.science.gov.az