XƏBƏRLƏR
11:03, 06.06.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru FAO-nun eksperti ilə görüşmüşdür

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bitki Genetik Ehtiyatları və Toxumçuluq, Bitki Məhsulları və Mühafizəsi Bölməsinin mütəxəssisi Vilson Huqonu qəbul etmişdir. Qonaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda Toxum sektorunun inkişafına dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində ölkəmizə səfər etmişdir.

FAO-nun ekspertigörüşdə GEİ-nin fəaliyyət istiqamətləri və Milli Genbankda toxumların saxlanma texnologiyası haqqında məlumatlarlatanış olmuş və gələcəkdə sözügedən qurumla əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Daha sonra institutda yerləşən Milli Genbankvə laboratoriyalardakı iş prosesi qonağa əyani olaraq göstərilmişdir.

 

 

FOTO>>>

 

©  www.genres.az