XƏBƏRLƏR
18:09, 01.06.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda Python proqramlaşdırma dili haqqında təlim keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlıproqramlaşdırma dilinin tədrisiilə bağlı təlim başlanılmışdır. Təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir.

Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.  Həmçinin biologiya sahəsində ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Sözügedən dil pulsuz olaraq yayılır və öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. 

Təlimİnstitutun Biotexnologiya şöbəsinin elmi işçisi Orxan Bağırlı tərəfindən keçirilmişdir. O, bakalavr təhsilini dövlət proqramı vasitəsilə Kanadanın Toronto UniversitetindəElektrik və komputer mühəndisliyi ixtisası üzrə almışdır.Bu müddət ərzindəuniversitetin Energetika cəmiyyətinin elmi tədqiqat işləri üzrə prezident, Azərbaycanlı tələbələr cəmiyyətinin vitse-prezidenti vəzifələrində çalışmış, dəfələrlə fərqlənmə sertifikatlarına layiq görülmüşdür.

Magistratura təhsilini isə İsveçin Uppsala Universitetində tam təqaüdlə Enerji Texnologiyalarıixtisası üzrə bitirmişdir. Təhsil aldığı dövrdə“Azərkosmos” ASC-də  mütəxəssis vəzifəsində, Fransanın Airbus Defence and Space şirkətində Peyk missiyasının planlaşdırılması üzrə çalışmışdır.

Hal-hazırda elmi ədəbiyyatın mütaliəsini asanlaşdıracaq veb-servis üzərində işləyir, həmçinin İnstitutun Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunda data elmi ilə bağlı proyektlərdə iştirak edən O.Bağırlı gələcək işlərini Süni İntellekt Alqoritmlərinin Bioinformatika səhəsinə tətbiqi istiqamətində planlaşdırır.

 

 

FOTO>>>

 

©  www.genres.az