XƏBƏRLƏR
11:59, 30.05.2017
Azərbaycan Milli Elmlər Akademiyası və Bolqarıstan Elmlər Akademiyası arasında həyata keçirilən müştərək layihə müsabiqəsi barədə

       Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi üzrə Müştərək Proqram çərçivəsində AMEA elmi müəssisələrinin əməkdaşlarının 2018-ci il üçün layihə müsabiqəsi elan edilir.          

 

Müsabiqə zamanı Qara dəniz və Xəzər dənizi regionlarının mədəniyyəti, iqtisadiyyatı və enerji təhlükəsizliyi sahələrini əhatə edən layihə təkliflərinə üstünlük veriləcəkdir.

 

Layihələr BEA-nın müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. Seçilən layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində Bolqarıstana ezamiyyət xərclərini qarşılamaq üçün nəzərdə tutulur.

 

Layihə təklifləri 30 may 2017-ci il tarixindən 30 iyul 2017-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən azərbaycan və ingilis dillərində qəbul edilir (kerimovaraya@gmail.com).

 

Ətraflı məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Raifə Əhmədovaya (tel.: 0124926651, Email: kerimovaraya@gmail.com) müraciət edilə bilər.

    

Ərizə forması BURADAN eldə edilə bilər.

 

 

FORMA_b.Az.doc>>>

FORMA_b.AZ.PDF>>>

FORMA_b.En.PDF>>>