XƏBƏRLƏR
10:13, 14.04.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sının iclası keçirilmişdir. İclasının gündəliyində əsas məsələ Şura üzvlərinin tərkibində qismən dəyişiklik edilməsi (3 nəfər), AMEA-nın və AR Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində olan elmi müəssisələrinin doktorant və dissertantlarının dissertasiya mövzularının müzakirəsi olmuşdur.

Toplantıda 7 elmlər doktoru və 9 fəlsəfə doktorluğu üzrə mövzu müzakirə edilmiş, bəzi mövzularda düzəliş aparılaraq təsdiq edilməsi məqsədəuyğun hesab edilmişdir.

 

 

FOTO>>>

 

 

©  www.genres.az