XƏBƏRLƏR
12:01, 13.04.2017
AMEA Genetik Ehtiyatlar İnstitutunda Mülki Müdafiə qüvvələrinin I xəbərdarlıq toplanış məşqi keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda Mülkü Müdafiə (MM) qərargahının rəisi Eldar Əsədovun rəhbərliyi ilə MM tədbirlər planına əsasən qüvvələrin I xəbərdarlıq toplanış məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin yoxlanması və MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olmuşdur. Hazırlıq mərhələsində tədbirin təşkili və keçirilməsi planı tərtib olunmuş və digər təşkilati işlər görülmüşdür.

Xəbərdarlıq–toplanış məşqi başa çatdıqdan sonra nəticələr təhlil olunmuşdur.

 

 

©  www.genres.az