Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda fevral ayının 13-ü saat 10-00-da Elmi Şuranın (EŞ)növbəti iclasıkeçirilmişdir. Şuranı institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovgiriş sözü ilə açaraq, gündəlikdəki məsələlər barədə məlumat vermişdir.
İclasda dissertant (fəlsəfə və elmlər doktoru hazırlığı üzrə) və doktorantların (elmlər doktoru hazırlığı üzrə) dissertasiya mövzuları müzakirə edilmiş, mövzu və elmi rəhbərləri təsdiq edilmişdir.
Bundan əlavə AMEA-nın müxbir və həqiqi üzvlüyünə vakant yerlərə seçkilərdə iştirak etmək üçün namizədlərin dəstəklənməsi ilə bağlı müraciətlər müzakirə edilmişdir.
Sonda gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılmış,suallar cavablandırılmışdır.
FOTO>>>