NƏŞRLƏRKitablar
11:16, 10.10.2016
Heterozisin molekulyar-genetik aspekti

Prof. Əliyev Ramiz Tağı oğlu 

 

B.ü.f.d. Nəmmədov Afət Dadaş qızı 

 

E-mail: aramiz@box.az

          afet.m@mail.ru

 

 

 

 

Kitab  heterozis hadisəsinin molekulyar-genetik əsasının öyrənilməsi istiqamətində aparılmış elmi-tədqiqat işlərinin  nəticələrinə həsr olunmuşdur. İlk dəfə olaraq müəyyən edilmişdir ki, heterozis bitki hibridlərinin somatik hüceyrələrində DNT-nin miqdarı valideyin formalara nisbətən artıq olur. Bu hadisənin  əhəmiyyəti ondan ibarətdir ki, o, birinci nəsil  bitki hibridlərində heterozis effektinin təbiətinin molekulyar səviyyədə açıqlanmasına kömək edir və eyni zamanda, DNT-nin  sabitliyi hipotezindən fərqli olaraq DNT-nin miqdarının hüçeyrədə arta bilmə imkanlarını göstərir. DNT-nin artma mexanizminin əks etdirən təcrübi nəticələr və onların nəzəri əsasları haqqında da kitabda ətraflı məlumatlar verilmişdir.Kinetika reassossasiya metodunun köməyi ilə müəyyən edilmişdir ki, DNT-nin miqdarındaki artım əsasən onun kinetik fraksiyası olan aralıq DNT təkrarları hesabına baş verir.

  

 

 

Lambert Academic Publishing 2016/Germany

ISBN:  978-3-659-89377-3